Azərbaycanda mehmanxanaların tutumunun 84%-ə yaxını istifadəsiz qalıb
2022-ci ilin yanvar-sentyabr aylarında mehmanxanaların birdəfəlik tutumundan istifadə 16,3 faiz səviyyəsində olmuşdur. Qısası, tutumun 83,7%-i istifadəsiz qalıb.2022-ci ilin yanvar-sentyabr aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2021-ci ilin eyni dövrü ilə müqayisədə 1,5 dəfə artaraq 2046,5 min olmuşdur.
Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, gecələmələrin 53,0 faizi Bakıda, 6,9 faizi Qəbələdə, 6,2 faizi Xaçmazda, 6,1 faizi Qubada, 4,3 faizi Qusarda, 4,1 faizi Şabranda, 3,7 faizi Lənkəranda, 3,1 faizi Naftalanda, 1,8 faizi Naxçıvan Muxtar Respublikasında, 1,0 faizi İsmayıllıda, 1,0 faizi Qaxda, 1,0 faizi Şamaxıda, 0,8 faizi Masallıda, 0,7 faizi Şuşada və 6,3 faizi digər şəhər və rayonlardakı mehmanxanalarda (hotellərdə) və mehmanxana tipli obyektlərdə qeydə alınmışdır.
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin sayı 2021-ci ilin eyni dövrü ilə müqayisədə 4,3 dəfə artaraq 1031,4 min olmuşdur ki, bu da ümumi gecələmələrin 50,4 faizini təşkil edir. Gecələmələrin 19,7 faizi Səudiyyə Ərəbistanı, 11,2 faizi Rusiya Federasiyası, 10,0 faizi Birləşmiş Ərəb Əmirlikləri, 8,2 faizi Türkiyə, 4,3 faizi Küveyt, 4,1 faizi İsrail, 3,9 faizi Hindistan, 3,4 faizi ABŞ, 3,1 faizi Böyük Britaniya, 2,3 faizi Pakistan, 1,6 faizi Qazaxıstan, 1,5 faizi Qətər, 1,4 faizi Almaniya, 1,2 faizi Özbəkistan, 1,1 faizi Gürcüstan,1,1 faizi İtaliya, 1,0 faizi İran, 0,9 faizi Oman, 0,7 faizi Çin, 0,6 faizi Niderland, 0,6 faizi Ukrayna 18,1 faizi isə digər ölkələrin vətəndaşlarının payına düşmüşdür.
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin 78,3 faizi Bakıda, 8,1 faizi Qəbələdə, 4,4 faizi Qubada, 3,6 faizi Qusarda, 2,4 faizi Naftalanda, 0,7 faizi Şabranda, 0,5 faizi Naxçıvan Muxtar Respublikasında, 2,0 faizi isə digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınmışdır.
Azərbaycan Respublikası vətəndaşlarının keçirdiyi gecələmələrin sayı 1015,1 min olmuşdur ki, bu da ümumi gecələmələrin 49,6 faizini təşkil edir.
2022-ci ilin yanvar-sentyabr aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin gəlirləri 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,7 dəfə artaraq 269,1 milyon manat olmuşdur ki, onun da 60,3 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 27,6 faizi ictimai iaşə xidmətlərindən, 3,0 faizi müalicə və sağlamlıq xidmətlərindən, 9,1 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilmişdir.
2022-ci ilin yanvar-sentyabr aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin birdəfəlik tutumundan istifadə 16,3 faiz səviyyəsində olmuşdur (2021-ci ilin yanvar-sentyabr aylarında 11,2 faiz). Bu göstərici Şabranda 89,6 faiz, Naftalanda 37,5 faiz, Qubada 30,4 faiz, Lənkəranda 25,9 faiz, Beyləqanda 25,7 faiz, Bakıda 23,6 faiz, Qəbələdə 21,8 faiz, Şuşada 19,1 faiz, Ağcabədidə 19,1 faiz, Qusarda 16,9 faiz, Sabirabadda 16,9 faiz digər şəhər və rayonlarda isə ölkə üzrə orta göstəricidən aşağı olmuşdur.
Turizmin mövcud vəziyyəti haqqında
Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2022-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan Respublikasına dünyanın 176 ölkəsindən 1 milyon 162,7 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,2 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir. Gələnlərin 26,6 faizi Rusiya Federasiyası, 19,6 faizi Türkiyə, 11,0 faizi İran, 7,4 faizi Səudiyyə Ərəbistanı, 4,8 faizi Gürcüstan, 3,2 faizi Pakistan, 3,1 faizi Hindistan, 2,3 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,9 faizi Qazaxıstan, 1,8 faizi Ukrayna, 1,7 faizi İsrail, 1,6 faizi Küveyt, 1,5 faizi Özbəkistan, 1,4 faizi Oman, 1,1 faizi Böyük Britaniya, 11,0 faizi digər ölkələrin vətəndaşları olmuşdur. Gələnlərin 74,4 faizini kişilər, 25,6 faizini qadınlar təşkil etmişdir.
Ötən ilin eyni dövrü ilə müqayisədə Küveytdən gələnlərin sayı 167,9 dəfə, Omandan - 130,8 dəfə, Səudiyyə Ərəbistanından 99,0 dəfə, Pakistandan - 25,4 dəfə, Hindistandan - 16,0 dəfə, Qazaxıstandan - 5,7 dəfə, İsraildən - 5,5 dəfə, Birləşmiş Ərəb Əmirliklərindən - 5,2 dəfə, Bəhreyndən - 4,8 dəfə, ABŞ-dan - 3,4 dəfə, Almaniyadan - 2,9 dəfə, Fransadan - 2,7 dəfə, Böyük Britaniyadan - 2,0 dəfə, Türkiyədən - 1,7 dəfə, Ukraynadan - 1,7 dəfə, Rusiya Federasiyasından - 1,7 dəfə, İrandan - 1,6 dəfə, Gürcüstandan - 25,5 faiz artmışdır.
2021-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə körfəz ölkələrindən gələnlərin sayı 3,1 dəfə artaraq 283,6 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 2,4 dəfə artaraq 55,8 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 1,9 dəfə artaraq 395,3 min nəfər olmuşdur.
2021-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 1,7 dəfə artaraq 1 milyon 110,8 min nəfər olmuşdur. İrana gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 3,1 dəfə, Gürcüstana gedənlərin sayı 1,8 dəfə, Türkiyəyə gedənlərin sayı 1,7 dəfə, Rusiya Federasiyasına gedənlərin sayı isə 21,2 faiz artmışdır. Ölkə vətəndaşlarının 47,3 faizi Türkiyəyə, 17,7 faizi Rusiya Federasiyasına, 11,1 faizi İrana, 8,5 faizi Gürcüstana, 15,4 faizi digər ölkələrə səfər etmişdir. Gedənlərin 64,1 faizini kişilər, 35,9 faizini qadınlar təşkil etmişdir.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 3 saat əvvəl
-
- 4 saat əvvəl
-
4 saat əvvəl
Nazir fermerlətin üzləşdikləri çətinliklərin həllinə köməklik etməyi tapşırıb
- 4 saat əvvəl
-
4 saat əvvəl
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
-
4 saat əvvəl
Epştein sənədlərində adı çəkilən böyük liman operatorunun rəhbəri işdən çıxarılıb
-
5 saat əvvəl
Bu avtomobillərin idxalı ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilir
-
5 saat əvvəl
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
"Domino’s Pizza"nın "İnşaatçılar" filialı açılır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İlham Əliyev Neçirvan Bərzani ilə görüşüb
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
Ən çox oxunanlar
Prezident İlham Əliyev Almaniyada səfərdədir
Rusiya Mərkəzi Bankı faiz dərəcəsini ardıcıl 6-cı dəfə endirib - Qərar bazar üçün gözlənilməz olub
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
Yasamalda ev almaq istəyənlər üçün əla fürsət: Faizsiz və öhdəliksiz satış başladı!
Birbank-dan təqaüdçülərə özəl sərfəli kredit təklifi
PAŞA Sığorta 798 min manata yaxın zərəri ödədi!


















