"Bank BTB"nin əməliyyat mənfəəti 2,5 dəfə artıb
"Bank BTB" ASC 2022-ci ilin 9 ayı üzrə maliyyə göstəricilərini açıqlayıb.
Marja.az xəbər verir ki, "Bank BTB"nin cəmi aktivləri 2022-ci ilin 9 ayında 2021-ci ilin sonu ilə müqayisədə cüzi azalaraq 30 sentyabr 2022-ci il tarixində 361 milyon 438 min manat təşkil edib. Aktivlərin 238 milyon 980 min manatını müştəırilərə verilmiş kreditlər təşkil edib."Bank BTB" 2021-ci ilin sonunda 362 milyon 062 min manat cəmi aktivlərə malik idi.
MÜDDƏTLİ DEPOZİTLƏR ARTIB
"Bank BTB"də müştərilərin müddətli depozitləri 2022-ci ilin 9 ayında 2021-ci ilin sonu ilə müqayisədə 8 milyon 487 min manat və ya 6,6% artaraq 137 milyon 354 min manata çatıb.
GƏLİRLƏRİ VƏ ƏMƏLİYYAT MƏNFƏƏTİ ARTIB
2022-ci ilin yanvar-sentyabr dövründə "Bank BTB"nin cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 23 milyon 751 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 23 milyon 592 min manat, əməliyyat mənfəəti 159 min manat təşkil edib. Bank 5 milyon 873 min manat mümükn zərərlər üçün yaradılan ehtiyatlara ayırdığından cari ilin 9 ayını 5 milyon 714 min manat xalis zərər ilə bağlayıb.
Müqayisə üçün qeyd edək ki, 2021-ci ilin yanvar-sentyabr dövründə "Bank BTB"nnin cəmi əməliyyat gəlirləri 22 milyon 395 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 22 milyon 332 min manat, əməliyyat mənfəəti 63 min manat təşkil etmişdi. Ehtimal olunan zərərlər üçün yaradılan ehtiyatdan 1 milyon 111 min manatın qayıtması hesabına mənfəət 1 milyon 174 min manata yüksəlmişdi.
Beləliklə, "Bank BTB"nin cəmi əməliyyat gəlirləri 2022-ci ilin 9 ayında 2021-ci ilin 9 ayı ilə müqayisədə 1 milyon 356 min manat və ya 6%, əməliyyat mənfəəti isə 2,5 dəfə artıb. Bankın əməliyyat xərcləri isə 1 milyon 260 min manat və ya 5,6% artıb.
30 Sentyabr 2022-ci il tarixində "Bank BTB" 53 milyon 117 min manat məcmu kapitala malik olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
4 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)







.jpg)









