Twitter İlon Maska məxsusdur: 4 top-meneceri işdən qovdu
Tesla və SpaceX-in baş direktoru İlon Mask, sosial media şirkəti Twitter-i 44 milyard dollara satın almağı başa çatdırıb. Maskın Twitter-in baş direktoru Parag Agrawal və Baş Maliyyə direktoru Ned Segal da daxil olmaqla 4 top-meneceri işdən çıxarıb.ABŞ mətbuatında yer alan xəbərlərə görə, Tesla və SpaceX-in baş direktoru İlon Mask (Elon Musk), sosial media şirkəti Twitter-i 44 milyard dollara satın almağı başa çatdırıb.
Marja xəbər verir ki, sözügedən xəbərlərdə, Maskın Twitter-in baş direktoru (CEO) Parag Agrawal-ı, baş maliyyə direktoru (CFO) Ned Segal-ı, baş hüquq və siyasət meneceri Vijaya Gadde-i və baş məsləhətçi Sean Edgett-i işdən çıxardığı qeyd edilib.
Xəbərlərə görə, Mask, təhlükəsizlik işçilərinin köməyilə şirkətin rəhbərliyini qollarından tutaraq Baş ofisdən çıxardıb. İlon Mask bildirib ki, o Twitter-i daha tez satın ala bilərdi, lakin işdən uzaqlaşdırılan şəxslər mane olduqlarına görə bu müddət uzanıb.
"Quş azaddır"
İlon Mask Twitter səhifəsində "Quş azaddır" yazıb.
Əvvəllər Twitter-də 9,2 faiz pay alan Elon Musk aprelin 14-də bütün Twitter-i almaq üçün hər səhmi üzrə 54,2 dollardan olamqla 44 milyard dollar təklif etmişdi.
CNBC-nin məlumatına görə, amerikalı sahibkar İlon Mask Twitter-in rəhbəri olub. Məlumatda qeyd edilir ki, Mask sosial şəbəkənin rəhbərliyini öz üzərinə götürüb. CNBC-nin məlumatına görə, Twitter-in baş direktoru Parag Agrawal və Baş maliyyə direktoru Ned Sehgal şirkətin San-Fransiskodakı baş ofisini tərk ediblər və geri qayıtmayacaqlar.
“Financial Times” məlumatlı mənbələrə istinadən yazır ki, Mask nəhayət sosial şəbəkəni əldə etmək üçün 44 milyard dollarlıq müqaviləni bağlayıb. Əgər sövdələşmə cümə günü bağlanmasaydı, Musk-a qarşı şirkətin başlatdığı məhkəmə prosesi başlaya bilərdi.
Bundan əvvəl sahibkar Twitter sosial şəbəkəsini almasını “bəşəriyyətə kömək etmək” istəyi ilə izah edib. Musk, Twitter-i "hamı üçün rahat və cəlbedici" etməyə çalışacağını vəd edib.
ABŞ-ın keçmiş prezidenti Donald Tramp Twitter sosial şəbəkəsinin İlon Maskın nəzarətinə keçməsindən sonra sahibkarı təbrik edib və bazar ertəsi onun hesabının mümkün bərpa olunacağını açıqlayıb.
"Twitter-i əldə etməsi münasibətilə Elon Maskı təbrik edirəm... Mənə məlumat verildi ki, hesabım bərpa olunacaq və bazar ertəsi fəaliyyətə başlayacaq. Görəcəyik", - Trampın mətbuat ofisinin açıqlamasında deyilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 11 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər





.jpg)








.jpg)









