Sən oxudun, onlar da oxusun! Kitab toplama kampaniyası davam edir
(®) Azərbaycanda mobil telefon, elektronika və məişət texnikası satışı üzrə fəaliyyət göstərən ən böyük mağaza şəbəkələrindən "İrşad" bir ay əvvəl Kitab Gəzər ilə başlatdığı “Sən oxudun, onlar da oxusun” kitab toplama kampaniyasına qoşulanlar sayəsində yığılan kitabları Astara rayonunun Toradi və Sərək kənd tam orta məktəblərinə çatdırıb.
Bakı və Gəncədə yerləşən 7 mağazada yerləşdirilən xüsusi səbətlərə müştərilər tərəfindən ianə edilmiş kitablar seçilərək balaca sahiblərinə və məktəbin kitabxanasına təhvil verilib. Bir ay ərzində yalnız səbət yerləşdirilən mağazalara yox, digər bölgələrdə mövcud İrşad mağazalarına yaxınlaşan və kitab ianə edənlər də oldu. Bu səbəbdən İrşad layihəni dekabrın sonuna qədər davam etdirəcək. Əgər sizin də kitab azlığı olan bölgələrdə məktəblilərin kitablarla təmin olunmasına dəstək olmaq istəyirsinizsə aşağıda qeyd olunan mağazalardakı səbətlərə sadəcə kitabları ianə edə bilərsiniz.
Qeyd olunan ünvanlar sizə yaxın ərazidə deyilsə o zaman ən yaxın İrşad mağazasına kitablarınızı ianə etməyiniz də mümkündür.
-"Bakıxanov" (Sakit Qocayev 25)
-"Yasamal" (Şərifzadə küçəsi 162)
-"Qarayev" (Nizami rayonu, Tofiq Abbasov küçəsi 38 )
-"Əhmədli" (Sarayevo küçəsi 55)
-"Xırdalan" (Mehdi Hüseynzadə küçəsi 1, Heydər Əliyev prospekti ilə kəsişmə)
-"Sumqayıt" (Sülh küçəsi 5004)
-"Gəncə" (Nizami küçəsi, 71)
Qeyd edək ki, İrşadın Kitab Gəzər ilə başlatdığı layihənin məqsədi kitab azlığı olan bölgələrdə məktəblilərin maariflənməsi və oxu qabiliyyətinin inkişafı üçün kitablarla təmin etməkdir.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 22 saat əvvəl
-
- 22 saat əvvəl
-
22 saat əvvəl
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Nazir fermerlətin üzləşdikləri çətinliklərin həllinə köməklik etməyi tapşırıb
- 1 gün əvvəl
-
1 gün əvvəl
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
-
1 gün əvvəl
Epştein sənədlərində adı çəkilən böyük liman operatorunun rəhbəri işdən çıxarılıb
-
1 gün əvvəl
Bu avtomobillərin idxalı ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Fevralın 15-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
"Domino’s Pizza"nın "İnşaatçılar" filialı açılır
İlham Əliyev Neçirvan Bərzani ilə görüşüb
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
Prezident İlham Əliyev Almaniyada səfərdədir
Rusiya Mərkəzi Bankı faiz dərəcəsini ardıcıl 6-cı dəfə endirib - Qərar bazar üçün gözlənilməz olub
























