Binance FTX-i almaqdan imtina etdi
Ticarət həcminə görə ən böyük kriptovalyuta birjası olan Binance, FTX.com kriptovalyuta birjasını almayacağını açıqladı.Dünyanın ən böyük kriptovalyutası olan Binance, ticarət həcminə görə üçüncü ən böyük kriptovalyuta birjası olan FTX-i almağı dayandırdığını açıqlayıb.
Marja.az Binance-ın yaydığı açıqlamaya istinadən xəbər verir ki, institusional qiymətləndirmə, eləcə də ABŞ-da sui-istifadə edilən müştəri vəsaitləri ilə bağlı xəbərlər və araşdırma iddiaları nəticəsində FTX-nin mümkün alınmasına davam etməmək qərarına gəlinib.
"Bizim ilk ümidimiz FTX müştərilərinə likvidlik təmin etməkdə kömək etmək idi, lakin məsələlər bizim nəzarətimizdən və ya kömək etmək imkanımızdan kənardadır", - açıqlamada deyilir.
Kriptovalyuta ekosisteminin son bir neçə ildə daha dayanıqlı hala gəldiyini qeyd edən açıqlamada, istifadəçi vəsaitlərindən sui-istifadə edən kənar şəxslərin zamanla sərbəst bazar tərəfindən silinəcəyinə inanıldığı ifadə edilib.
Açıqlamada, tənzimləyici bazalar inkişaf etdikcə ekosistemin daha da güclənəcəyi bildirilib.
Əvvəllər "Binance Holdings Ltd" FTX.com kripto birjasını almaq niyyətində olduğunu açıqlamışdı. Eyni zamanda, Binance-in rəhbəri Changpeng Zhao, FTX-nin əhəmiyyətli likvidlik çatışmazlığı səbəbindən kömək istədiyini iddia etmişdi. "İstifadəçiləri qorumaq" üçün Binance FTX.com-u tam əldə etmək və çatışmazlığı ödəməyə kömək etmək üçün məcburi olmayan niyyət məktubu imzalamışdı.
"Biz qərara gəldik ki, FTX.com-un potensial alınmasına davam etməyək " , - Binance Twitter səhifəsindən bəyan edib.
Qeyd edək ki, Bitcoin-in qiyməti 2020-ci ilin noyabrından bəri ilk dəfə 17 min dollardan aşağı düşüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 16 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur





.jpg)






.jpg)







