Hesablama Palatasından "neft" xəbərdarlığı
Hesablama Palatası qarşıdakı dövrdə neftin qiyməti ilə bağlı gözləntilərini açıqlayıb.
Hesablama Palatasının "Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında" qanununda dəyişikliklər edilməsi barədə" qanun layihəsinə verdiyi rəydə bildirilib ki, dövlət büdcəsi və Dövlət Neft Fondunun (ARDNF) əsas parametrləri formalaşdırıldığı təqdirdə neftin dünya bazarlarında qiymətinin 40 dollar nisbətində götürülməsi qərara alınıb.
"Cari ilin ilk 5 ayında neftin qiymətinin 50 dollardan yüksək olmasına baxmayaraq son 1 ayda qiymətlərdə azalma müşahidə edilib. Qarşıdakı dövrdə OPEC-ə üzv ölkələrin razılaşmasına baxmayaraq artan geosiyasi gərginlik, ABŞ-ın neft ehtiyatlarının bir hissəsinin satışa çıxarılması ehtimalı, ABŞ-ın Federal Ehtiyatlar Sisteminin cari ildə uçot dərəcəsini iki dəfə artırması, Səudiyyə Ərəbistanı və İraqın hasilatı artırması və s. bu kimi faktorlar ilin sonuna qədər neft qiymətlərinə qarşı ciddi təhdidin olmasını və nəticədə qarşıdakı dövrdə neftin qiymətlərinin dəyişmə ehtimalını şərtləndirə bilər", - deyə sənəddə vurğulanıb.
© APA
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
-
39 d. əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 42 d. əvvəl
- 54 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Ən çox oxunanlar
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
Rəsmi məzənnələr açıqlandı























