Coca-Cola-nın HORECA Pet Collection layihəsi genişlənir
(®) Coca-Cola Azərbaycan, “ASAN Könüllüləri” Təşkilatı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə əməkdaşlığı ilə Bakıda keçirilən HORECA Pet Collection ekoloji layihəsi davam edir. Coca-Colanın “Tullantısız Dünya” proqramının tərkibində icra olunan layihə HORECA (hotel, restoran, kafe) üzrə fəaliyyət göstərən müəssisələrdən plastik tullantıları toplamağı nəzərdə tutur.
Layihənin icra olunmasında məqsəd istifadə olunmuş plastikləri təkrar emala yönləndirmək və bu xammalın ətraf mühitə təsirini azaltmaqdır. Artıq 11 aydır həyata keçirilən layihəyə Bakı şəhəri ilə yanaşı regionlarda yerləşən müəssisələr də cəlb olunub. Hazırda layihə Bakı, Abşeron, Sumqayıt, Mingəçevir və Qəbələni əhatə edir.
Bakı, Abşeron və Sumqayıt ərazisində fəaliyyət göstərən 155 müəssisə, Mingəçevir və Qəbələdən isə hazırda doqquz müəssisə layihəyə qoşulub. Ümumilikdə 35 tona yaxın plastik toplanaraq təkraremal müəssisələrinə yönləndirilib.
İlkin dövrlərdə restoranlarla icra olunan layihəyə, Bakının ən iri ticarət mərkəzləri olan Gənclik Mall, Dəniz Mall, təhsil müəssisələrindən Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Memarlıq və İnşaat Universiteti, Odlar Yurdu Universiteti, Xəzər Universiteti, Dövlət Sərhəd Xidmətinin İdman Kompleksi, ASAN Xidmət Mərkəzləri, Park Cinema, CinemaPlus kinoteatrları, avtoservislər, “Shaurma N°1” və ‘’Cafe City” restoranları da qoşulub. Müəssisələrə plastik tullantılar üçün qutular yerləşdirilib, həmçinin insanların maarifləndirilməsi üçün müxtəlif məlumatlandırıcı vasitələr paylanılıb.
Coca-Cola Azərbaycanın baş direktoru Rəna Məmmədova bildirib ki, Coca-Cola fəaliyyət göstərdiyi ölkələrdə plastik tullantıların təsirinin azaldılması üçün davamlı layihələr həyata keçirir: "Coca-Cola olaraq biz 2030-cu ilə qədər qablaşdırmalarımızı 100% təkrar emal etmək və plastik qablaşdırmalarımızda ən azı 50% təkrar emal edilmiş materialdan istifadə etmək öhdəliyi götürmüşük. Plastik tullantıların təbiətə təsirini azaltmaq üçün istehsalatda plastiklərin miqdarını azaltmaq kifayət deyil. Buna görə də fəaliyyət göstərdiyimiz bütün ölkələrdə istehlakdan sonra təkraremal məqsədilə yığım proqramlarına başlamışıq. Bu istiqamətdə Azərbaycanda həyata keçirdiyimiz “HORECA Pet Collection” layihəmizə qouşlan müəssisələrin sayı gündən-günə effektiv şəkildə artır. HORECA müştərilərimizin, eləcə də yerli əhalinin proqrama göstərdiyi diqqətdən məmnunuq".
Qeyd edək ki, “Tullantısız Dünya” proqramı çərçivəsində Coca-Cola 2030-cu ilə qədər bazara çıxardığı bütün qablaşdırmaları toplayıb təkrar emal etməyi hədəfləyir.
Xatırladaq ki, Coca-Cola Azərbaycan bundan əvvəl də “ASAN Könüllüləri” Təşkilatı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər tərəfdaşlarla birlikdə ekoloji isitaqmətdə “Təmiz Ölkəm”, “ Təmiz Sumqayıt”, “Xəzəri Qoruyaq” kimi bir sıra layihələr icra edib. Ümümilikdə həmin layihələrdə 50 tondan çox tullantı təkrar emala qaytarılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 9 saat əvvəl
-
10 saat əvvəl
GROUPMOTORS Yeni İldə əməkdaşlarını Sportcar ilə mükafatlandırdı
-
11 saat əvvəl
Marja.az oxucularını və tərəfdaşlarını Yeni il münasibətilə təbrik edir!
-
-
1 gün əvvəl
Mərkəzi Bank 2026-cı ilin ilk iş gününün rəsmi məzənnəsini açıqladı
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dövlət şirkətlərini və publik hüquqi şəxsləri monitorinq edəcək agentlik yaradıldı - FƏRMAN
-
1 gün əvvəl
"Qızıl Fond üçün 11 milyard dollar gəlir formalaşdırıb" - AZƏRBAYCAN FONDUNUN DİREKTORU
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azad edilmiş ərazilərdə bir sıra obyektlər üçün elektrikə qoşulma xidməti pulsuz oldu
-
1 gün əvvəl
Dünya Bankı qiymətləndirməsində Azərbaycanın maliyyə xidmətləri üzrə 101 ölkə arasında zirvədə
Son Xəbərlər
Yanvarın 1-də gözlənilən hava şəraiti -Qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var
GROUPMOTORS Yeni İldə əməkdaşlarını Sportcar ilə mükafatlandırdı
Mərkəzi Bank 2026-cı ilin ilk iş gününün rəsmi məzənnəsini açıqladı
"Hazırda yumurta Gürcüstanda 43 qəpiyə, Türkiyədə 33 qəpiyə, Azərbaycanda isə 16-19 qəpiyə satılır. Nəticələr, çox əladır"
Dövlət şirkətlərini və publik hüquqi şəxsləri monitorinq edəcək agentlik yaradıldı - FƏRMAN
"Qızıl Fond üçün 11 milyard dollar gəlir formalaşdırıb" - AZƏRBAYCAN FONDUNUN DİREKTORU
Ən çox oxunanlar
Azad edilmiş ərazilərdə bir sıra obyektlər üçün elektrikə qoşulma xidməti pulsuz oldu
Dünya Bankı qiymətləndirməsində Azərbaycanın maliyyə xidmətləri üzrə 101 ölkə arasında zirvədə
Birbank-da əlavə 3 ay taksitlə bayramı dolu-dolu yaşayın
Dövlət bir sıra məhsul və xidmətlər üzrə qiymətlərə dəyişiklik etdi
“SİMA İmza”nın tərəfdaş sayı 100-ə çatdı
ABB-dən daha 3 hesabat!























