Sahibkarlara 1,3 mln. manat ixrac təşviqi ödənilib
Bu ilin ötən 6 ayı ərzində sahibkarlara 1,3 mln. manat həcmində ixrac təşviqi ödənilib.
“Marja” xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahil Babayev bildirib.
Həmçinin, Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafı məqsədilə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən güzəştli kreditlər ayrılır.
Qeyd edək ki, İyulun 5-də Bakı Biznes Mərkəzində AZPROMO və Beynəlxalq Ticarət Mərkəzi arasında Anlaşma Memorandumu imzalanıb. Memorandumda “Şərq Tərəfdaşlığı: Ticarətə hazır ol” layihəsi çərçivəsində Azərbaycanda kiçik və orta sahibkarların qlobal dəyər zəncirlərinə inteqrasiyası, istehsal etdikləri məhsulların rəqabət qabiliyyətinin artırılması, kiçik və orta sahibkarların Avropa İttifaqı idxalçıları ilə əlaqələrinin qurulması, istehsalçı və ixracatçı assosiasiyaların potensialının gücləndirilməsi və s. nəzərdə tutulur.
Qeyd edək ki, ixrac təşviqi - Azərbaycan Respublikasının ərazisində istehsal olunan və istehsal prosesində istifadə olunan yerli komponentlərin və Azərbaycan ərazisində yaradılan qeyri-neft məhsullarının dəyərinin xüsusi çəkisindən, habelə ixrac olunan həmin məhsulların növündən asılı olaraq, Azərbaycan Respublikasının ərazisində qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına ödənilən vəsaitdir. İxrac təşviqinin baza məbləği, ixrac əməliyyatlarına görə faktiki ixrac olunmuş malın ixrac gömrük bəyannaməsində nəzərdə tutulan gömrük dəyərinin 3 faizini təşkil edir.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
31 d. əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
-
- 56 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
-
3 saat əvvəl
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
-
3 saat əvvəl
“5 milyon manatlıq istiqrazlarımızın uğurla yerləşdirilməsi bizi həvəsləndirib”
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Ən çox oxunanlar
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq

























