Azərbaycanda kartla sadələşdirilmiş pul köçürmələri mümkün olacaq
2022-ci ilin sona yaxınlaşması ilə əlaqədar Mastercard Bakıda özünün illik mətbuat konfransını keçirib.Mastercard-ın Türkiyə və Azərbaycan üzrə Baş Direktoru Avşar Gürdal və Türkiyə və Azərbaycanda Biznesin İnkişafı üzrə Baş Məsləhətçisi Mehmet Gülezin iştirakı ilə JW Marriott otelində şirkətin ənənəvi illik mətbuat konfransı baş tutub.
Avşar Gürdal bildirib ki, MasterCard Azərbaycanda ölkə iqtisadiyyatının rəqəmsallaşdırılmasına yönəlmiş layihələr həyata keçirir.
“Azərbaycanda 10 milyon əhaliyə 13 milyon bank kartı düşür və hazırda bank kartları ilə ödənişlərin 40%-i ticarətin payına düşür, bunun 60%-i isə elektron ticarətlə bağlıdır. Pandemiya dövru dünyada bir çox proseslərdə dəyişikliklərə səbəb oldu və elektron ticarətin inkişafı da məhz karantin tədbirləri dövründə daha da gücləndi. Biz elektron ticarət sahəsinin daha da böyüyəcəyini proqnozlaşdırırıq və bu əməliyyatların daha da mükəmmələşdirilməsi üçün işləyirik. Qeyd etmək istərdim ki, əldə olunan rəqəmlər həm bazarda formalaşan rəqabət mühitinin, həm də bazar tənzimləyicisinin həyata keçirdiyi tədbirlərin müsbət nəticəsidir. Hazırda dünyada baş verən ödəmələrin sinxronlaşdırılmasına nəzərsə salsaq, Azərbaycanda rəqəmsal iqtisadiyyat üçün böyük potensialın olduğunu qeyd etmək olar. Ümumiyyətlə, Mastercard olaraq Azərbaycandakı fəaliyyətimizin əsas hədəfi hazırda kart ödənişlərinin şəxsi istehlak xərclərində 25 faiz təşkil edən payını davamlı şəkildə artırmaqdır. Hazırda Mastercard Azərbaycanda 4 tərəfdaş bank ilə kartla sadələşdirilmiş pul köçürmələrinin tətbiqi istiqamətində çalışır və yaxın zamanda bu danışıqların nəticələri ictimaiyyətə açıqlanacaq”, - deyə Avşar Gürdal qeyd edib.
Öz növbəsində, Mehmet Gülez bildirib ki, hazırda Azərbaycanda nağdsız ödənişlər sahəsində baş verən hadisələri nəzərə alsaq, bu ölkənin artıq nağdsız ödənişlər mərkəzinə çevrildiyini demək olar.
“Azərbaycanda daima yeni-yeni xidmətlər tətbiq edilir və bu da bizim əsas hədəfimizdir. Mastercard olaraq, 2017-ci ildən nağdsız hökumət proqramının əsas iştirakçılarından biriyik və fəaliyyətimizi Azərbaycanın potensia ekosisteminin yaxşılaşdırılması sahəsində indi də davam etdiririk. Mövcud potensialı və dünyada baş verən sürətli dəyişiklikləri nəzərə alaraq, Mastercard olaraq, Azərbaycanın bütün bankları və fintekləri ilə aktiv şəkildə işləyirik və hədəfimiz ən müasir maliyyə xidmətlərinin Azərbaycanda geniş yayılmasını təmin etməkdir”, - deyə Mehmet Gülez əlavə edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 3 gün sonra
- 16 d. əvvəl
-
- 41 d. əvvəl
- 52 d. əvvəl
- 53 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Dövlət Gömrük Komitəsi büdcə tapşırığına 100% əməl edə bilməyib
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bank Respublika “Ağır ol, qazan!” lombard kredit kampaniyasına start verib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 5 GÜN
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Təbriz küçəsi də yenilənir
Hörmüzdən sonra indi də Qırmızı dəniz böhranı
Paşinyan: "Üçbaşlı müharibə partiyası" darmadağın edildi
İlk 5 ayda dövlət büdcəsinin gəlirləri 16,4 milyard manata çataraq proqnozu üstələyib, 3 milyard manata yaxın artıqlıq yaranıb
Ən çox oxunanlar
Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisi keçiriləcək
“BOA Agency”də 2026-cı ilin ilk yarısının nəticələri və dividend məsələsi müzakirə ediləcək
“Aztelekom” 500 Mbit/s və daha yüksəksürətli internet xidmətlərinin təqdim olunması üçün işlər görür
Ermənistan MSK bülletenlərin sayılmasını başa çatdırıb, Paşinyanın partiyası qalib gəlib
AzInTelecom IV Milli Kibertəhlükəsizlik Forumunda
Aviayanacaq qiymətlərinin 70% artması aviaşirkətlərə əlavə 100 mlrd dollara başa gələcək
Rəsmi məzənnələr açıqlandı

















