“PAŞA Həyat” ölkənin ən iri sığorta şirkəti oldu
Şirkət yığımlarının və aktivlərinin həcminə görə bazarın liderdir...
Azərbaycanın həyat sığortası üzrə ixtisaslaşmış şirkəti olan “PAŞA Həyat” 2017-cı ilin yanvar-may ayları üzrə əsas maliyyə göstəricilərini açıqlayıb.
Şirkətin ictimaiyyətlə əlaqələr xidmətindən "Marja"ya verilən məlumata görə, operativ məlumatlar əsasında hazırlanan 5 aylıq hesabatın nəticələrinə əsasən, “PAŞA Həyat” tərəfindən ümumilikdə 71,711 mln. manat həcmində sığorta haqqı toplanılıb ki, bu da 2016-ci ilin müvafiq dövrü ilə müqayisədə 38,679 mln. manat və ya 2,2 dəfə çox olub.
Qeyd edək ki, “PAŞA Həyat” yığımlarının, eləcə də aktivlərinin həcminə (190,525 mln. manat) görə ölkədə fəaliyyət göstərən sığorta şirkətləri sırasında ilk yeri tutur.
Bununla yanaşı, hesabat dövründə baş vermiş müxtəlif sığorta hadisələrinə görə, şirkət tərəfindən ödənilən sığorta ödənişlərinin həcmi isə 5,134 mln. manat və ya 51,4% artaraq 15,119 mln. manata çatıb.
Сari ilin iyul ayının 1-nə nizamnamə kapitlanın həcmi 40,250 mln. manat təşkil edən “PAŞA Həyat” şirkəti 2011-ci ilin fevral ayından fəaliyyət göstərir. Şirkət müştərilərə sərfəli şərtlərlə müxtəlif həyat sığortası məhsulları, o cümlədən “həyatın müddətli sığortası”, “istehsalatda bədbəxt hadisələrdən icbari sığorta”, “yığım tərkibli yaşam sığortası”, “sağalmaz xəstəliklərdən sığorta”, “Ailəmin PAŞA Güvənliyi” və digər könüllü həyat sığortası məhsulları təklif edir.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
-
50 d. əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 53 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Ən çox oxunanlar
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
Rəsmi məzənnələr açıqlandı






















