Azərkosmosla Geologiya və Geofizika İnstitutu arasında Anlaşma
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kosmik Agentliyi – Azərkosmosla Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutu arasında qarşılıqlı əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Memoranduma əsasən, peyk məlumatlarından istifadə etməklə işğaldan azad olunmuş ərazilərdə faydalı qazıntı yataqlarının tapılması məqsədilə tədqiqat aparılması, ölkədə seysmik riskin qiymətləndirilməsi birgə fəaliyyətin əsas istiqamətlərindən olacaq.
Sənəd peyk təsvirləri və geoloji məlumatlar əsasında sürüşmə areallarının monitorinqi, əsas su anbarlarının, yeraltı su resurslarının qiymətləndirilməsi və sudan səmərəli istifadə üçün təkliflərin hazırlanması üzrə əməkdaşlığı da əhatə edir. Eyni zamanda peyk təsvirlərindən istifadə olunmaqla innovativ məhsulların yaradılması istiqamətində birgə fəaliyyət nəzərdə tutulur.
Kosmik Agentliyin İdarə Heyətinin sədri Saməddin Əsədov bildirib ki, memorandum ölkəmizdə elmi tədqiqat layihələrinin icrasına mühüm töhfə verəcək: “Azərkosmos Geologiya və Geofizika İnstitutuna tədqiqat ərazilərinə aid peyk təsvirlərinin verilməsini, o cümlədən qarşılıqlı təcrübə mübadiləsi, peşəkar kadrların hazırlanması və birgə təlimlərin təşkili məsələlərini daim diqqətdə saxlayacaq”.
Geologiya və Geofizika İnstitutunun baş direktoru, akademik Akif Əlizadə qeyd edib ki, müasir dünyada kosmik təsvirlərin elmi tədqiqatlarda rolu əvəzolunmazdır. Onun sözlərinə görə, ölkəmizdə bu sahələrin inkişafına xüsusi diqqət və qayğı göstərilir.
Memorandumda qurumlar arasında kosmik sahə üzrə kommersiya yönümlü birgə fəaliyyət də nəzərdə tutulur.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
5 saat əvvəl
YouTube-un illik gəliri 60 milyard dolları keçib: Ən çox qazanan kontent istehsalçısı kim olub?
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Nazir fermerlətin üzləşdikləri çətinliklərin həllinə köməklik etməyi tapşırıb
- 2 gün əvvəl
-
2 gün əvvəl
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
-
2 gün əvvəl
Epştein sənədlərində adı çəkilən böyük liman operatorunun rəhbəri işdən çıxarılıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
YouTube-un illik gəliri 60 milyard dolları keçib: Ən çox qazanan kontent istehsalçısı kim olub?
Fevralın 15-də gözlənilən hava şəraiti
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İlham Əliyev Neçirvan Bərzani ilə görüşüb
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
Prezident İlham Əliyev Almaniyada səfərdədir























