Ryanair sərnişin axınında pandemiyadan əvvəlki rekordu yeniləyib
Avropanın ən böyük hava yolu şirkəti Ryanair dekabr ayında 11,5 milyon sərnişin daşıdığını bildirib. Bu, COVID pandemiyasının başlamasından əvvəl Milad dövründə qeydə alınan rekorddan 3% çoxdur.
Marja xəbər verir ki, mart ayında başa çatacaq maliyyə ili üçün Ryanair 166,5 milyon sərnişin daşımağı planlaşdırır ki, bu da əvvəlki rekorddan (149 milyon sərnişin) xeyli çoxdur.
Aviaşirkət ötən doqquz ayın hər bir ayında pandemiyadan əvvəlki müvafiq dövrlə müqayisədə daha çox sərnişin daşıdığını bildirib.
Dekabrın əvvəlində Ryanair-in baş direktoru Maykl O'Liri bildirmişdi ki, Milad mövsümü üçün sifariş həcmləri 2019-cu ilin səviyyəsini qabaqlayır. Sərnişinlər son üç ildə ilk dəfə məhdudiyyətsiz səyahət ediblər.
Ryanair ötən ilin dekabrında 9,5 milyon, 2020-ci ilin dekabrında isə cəmi 1,9 milyon sərnişin daşımışdı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 5 saat əvvəl
-
-
6 saat əvvəl
İran rialının məzənnəsi ölkədəki etirazlar fonunda yeni antirekord qırıb
-
9 saat əvvəl
Bakıda ABŞ-nin Ticarət və İnkişaf Agentliyi ilə müzakirələr aparılıb
- 9 saat əvvəl
-
10 saat əvvəl
Gön ixracı və idxalı ilə bağlı gömrük rüsumları 2 dəfə azaldılıb
- 11 saat əvvəl
-
12 saat əvvəl
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 12 saat əvvəl
-
12 saat əvvəl
Bank Respublika “Qızıl Seçim” lotereyasının ilk tirajının qaliblərini elan etdi!
- 12 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Alphabet-in bazar dəyəri ilk dəfə 4 trilyon dolları keçdi
Azercell yeni rouminq paketlərini istifadəyə verir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
Ən çox oxunanlar
"Bir çox yerlərdə məcburi köçürmələr olacaq"
Qızılın qiyməti 2026-cı ildə 5000 dollara çata bilər?
"Leysan yağışları yağan kimi şəhər nəqliyyatı iflic vəziyyətinə düşür, çox ciddi problemlər yaşanır"
Bakı və Abşeron üzrə yeni Dövlət Proqramının icrası üçün xarici kreditlərə də müraciət ediləcək
Daha iki böyük su anbarının tikintisinə hazırlıq işləri gedir














.jpg)










