Valyuta ehtiyatları ən çox azalan ölkələr
2022-ci ilin yanvar-oktyabr aylarında ən çox İsveçrə və Çinin valyuta ehtiyatları azalıb.2022-ci ilin yanvar-oktyabr aylarında valyuta ehtiyatlarda ən böyük azalma pul ifadəsində 226,6 milyard dollar “itirən” və trilyonçular siyahısından çıxan İsveçrədə qeydə alınıb.
Marja.az xəbər verir ki, mərkəzi bankların rəsmi valyuta ehtiyatları məlumatları əsasında hesablama aparılıb. Hesablama oktyabr ayı üzrə məlumatı dərc etdirən dünyanın yüz iqtisadiyyatının mərkəzi banklarının məlumatları əsasında aparılıb. Bu müddət ərzində dünyanın heç bir ölkəsi öz ehtiyatlarını 10 milyard dollardan çox artıra bilməyib.
Hesablamalara görə, yanvar-oktyabr aylarında pul ifadəsində ehtiyatların azalmasına görə ikinci yerdə ötən ilin on ayında 211,5 milyard dollar itirən Çin qərarlaşıb. Üçüncü yerdə ehtiyatları 211,2 milyard dollar azalan Yaponiyadır. Sinqapur Mərkəzi Bankının beynəlxalq aktivləri 135,6 milyard dollar, Hindistan Mərkəzi Bankının aktivləri isə 102,5 milyard dollar “buxarlanıb”.
Ötən il Rusiya beynəlxalq valyuta ehtiyatlarından 83,4 milyard dollar itirərək anti-reytinqdə altıncı yerdə qərarlaşıb. Ondan sonra “təhlükəsizlik yastığı” 79,7 milyard dollar azalan Honq-Konq, Cənubi Koreya (-49,1 milyard dollar), Tailand (-44,1 milyard dollar) və Böyük Britaniya (-42,9 milyard dollar) gəlir.
Həmçinin, 2022-ci ilin 10 ayı ərzində Çexiya (-41,7 milyard dollar və ya “ehtiyatların” dörddə biri), Braziliya (-36,7 milyard dollar), İsrail (-24,4 milyard dollar), Almaniya (-23,9 milyard dollar), İtaliya (-20,8 milyard dollar), Fransa (-19,2 milyard dollar) və ABŞ (-18,7 milyard dollar) beynəlxalq valyuta ehtiyatlarından itirib.
Eyni zamanda, faiz ifadəsində bu dövrdə ehtiyatların ən ciddi azalması Şri-Lankada (-46%) və Pakistanda (-43%) qeydə alınıb. Yeni Zelandiyanın aktivlərinin dəyəri 38%, Monqolustanın 36%, Sinqapurun 32%, Panamanın 31%, Çilinin 26%, Çexiya, Yunanıstan və Mavrikininki isə 24% azalıb.
Faiz ifadəsində İsveçrə ehtiyatlarının 20%-ni, Çin 6%-ni, Yaponiya 15%-ni itirib. Rusiyanın qızıl-valyuta ehtiyatları on ayda 13% azalıb.
Eyni zamanda, tədqiq olunan iqtisadiyyatlardan yalnız 15-i valyuta ehtiyatlarını artıra bilib. Səudiyyə Ərəbistanı (7,8 milyard dollar), Türkiyə (2,3 milyard dollar), Qətər (1,9 milyard dollar) və Cənubi Afrika (1,1 milyard dollar) valyuta ehtiyatlarını artırıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 5 gün sonra
- 13 saat əvvəl
-
- 13 saat əvvəl
- 14 saat əvvəl
-
1 gün əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
-
1 gün əvvəl
Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır
-
1 gün əvvəl
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 7 GÜN
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
Azərbaycan neftinin son qiyməti
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kredit Həyat Sığortası” bizi nələrdən sığortalayır?






















