Qıtlıq zamanı apteklərə dərman satan dövlət qurumunun yaradılması təklif olunur
“Dərmanlarla əlaqədar böyük problem var. Təklif edirəm ki, Türkiyənin böyük dərman şirkətləri Azərbaycana dəvət olunsun, burada dərman istehsal etsinlər”.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında deputat Rüfət Quliyev bildirib.
“Buna imkan var və bilirik ki, Türkiyə özünü dərmanla təxminən 85% təmin edir. Amma bu ola bilər ki, 1 ilə qədər vaxt aparsın. İnsanlar 1 ilə qədər dərmanlarla bağlı nə etsinlər? Bu gün gedirsən dərmanı 1 manata alırsan, səhəri gün olur 1,15 manat. Konkret təklif edirəm ki, bəzi dövlət qurumlarını dəvət edib soruşaq ki, “Nə etmək istəyirsiz?!”. Məsələn, dərmanlarla bağlı Səhiyyə Nazirliyinə zəng edəndə deyirlər ki, bununla bağlı Tarif Şurası və dərman şirkətləri məşğuldur. Təklif edirəm ki, bir dövlət qurumu yaradılsın, onlar bazarda dərman çatışmayanda tender əsasında özləri alsınlar, aptek şəbəkələrinə satış üçün versinlər. Burada müəyyən qədər dövlət tərəfindən tənzimləmə olsun”, - deyə R.Quliyev qeyd edib.
İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
APA
Müştərilərin xəbərləri
Azercell və AWS süni intellekt modellərinin Azərbaycan dilində öyrədilməsi üçün texnoloji platforma yaradıblar
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 6 gün sonra
-
9 d. əvvəl
BOKT “Qafqaz-Kredit” 2025-ci ili zərərlə başa vurub — kredit portfeli azalıb
-
-
17 d. əvvəl
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
- 52 d. əvvəl
-
1 saat əvvəl
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
İSB Beynəlxalq Sığorta Zəmanət Fondları Forumuna üzv qəbul olunub
-
3 saat əvvəl
Baku Steel Company Caspian Oil & Gas 2026 sərgisində - FOTO/VİDEO
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 8 GÜN
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
“Kredit Həyat Sığortası” bizi nələrdən sığortalayır?
“Smartfon qiymətlərində 40%-dək artım gözlənilir”
Ən çox oxunanlar
Baku Steel Company Caspian Oil & Gas 2026 sərgisində - FOTO/VİDEO
Azərbaycana gələn turistlərin xərcləri 23 % azalıb
“Prior Kredit BOKT”un xalis mənfəəti 15% artıb
“Azərişıq” şirkətinin rəislərinə maliyyə sanksiyası tətbiq edilib, icrası məcburi göstəriş verilib
“Korgöz-Tikinti-Material”nın zərəri azalıb

























