Bayden Ajay Banganı Dünya Bankının rəhbəri vəzifəsinə namizədliyini irəli sürüb
Hindistan əsilli 63 yaşlı amerikalı menecer Dünya Bankının rəhbəri ola bilər.ABŞ prezidenti Co Bayden Dünya Bankının rəhbəri (Prezidenti) vəzifəsinə Ajay Banganın namizədliyini irəli sürdüyünü açıqlayıb.
Marja Ağ Evin yaydığı məlumata istinadən xəbər verir ki, Bayden, 30 ildən çox təcrübəyə malik Ajay Banganın Dünya Bankına rəhbərlik etmək üçün uyğun olunduğunu bildirib.
Bayden, Banganın iş yerləri yaradan və inkişaf etməkdə olan iqtisadiyyatlara sərmayə gətirən uğurlu qlobal şirkətlərin qurulması və idarə edilməsində təcrübəsinə istinad edərək, dünya miqyasında qlobal liderlər ilə tərəfdaşlıqda sübut edilmiş təcrübəyə malik olduğunu və dərin dəyişikliklər zamanı təşkilatlara rəhbərlik etdiyini bildirib.
Bayden deyib: “Hindistanda böyümüş Ajay, inkişaf etməkdə olan ölkələrin üzləşdiyi imkanlar və problemlər və Dünya Bankının yoxsulluğu azaltmaq və rifahı genişləndirmək üçün iddialı gündəmini necə yerinə yetirə biləcəyi barədə unikal perspektivə malikdir.”
Ajay Banga Hindistanda böyüyüb. O hazırda sərmayə şirkəti "General Atlantic"də vitse-prezident vəzifəsində çalışır. Ajay Banga "Mastercard" ödəniş xidmətinin rəhbəri vəzifəsində də çalışıb.
ABŞ-ın maliyyə naziri Janet Yellen, Ajay Banganın Dünya Bankının rəhbəri vəzifəsinə namizədliyi ilə bağlı verdiyi açıqlamada Banqanın düzgün liderlik və idarəetmə bacarıqlarına, inkişaf etməkdə olan bazarlarda yaşamaq və işləmək təcrübəsinə malik olduğunu bildirib.
Dünya Bankının prezidenti vəzifəsinə namizədlər martın 29-dək təqdim edilməlidir.
Tarixən, Dünya Bankına onun ən böyük səhmdarı olan ABŞ-dan, Beynəlxalq Valyuta Fonduna (BVF) isə ABŞ-dan olan şəxs rəhbərlik edir.
Keçən həftə Dünya Bankının keçmiş rəhbəri David Malpass təəccüblü şəkildə istefa verdiyini açıqlayıb. Dünya Bankı çərşənbə günü elan edib ki, Malpass iyunun sonunda vəzifəsini tərk edəcək. İstefa Dünya Bankı rəhbərinin səlahiyyət müddətinin adi başa çatmasına təxminən bir il qalmış baş verir. Malpass iqlim dəyişikliyi ilə bağlı açıqlamalarına görə ağır tənqid edilib.
Malpass 2019-cu ildə ABŞ-ın keçmiş prezidenti Donald Trampın təklifi ilə onun dövründə vəzifəyə gəlib. O, beş il müddətinə təyin edilib. Dünya Bankı yoxsul ölkələrin iqtisadiyyatını gücləndirmək və orada yoxsulluğu azaltmaq məqsədi ilə kredit verir.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 5 saat əvvəl
-
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Xaricdən alınan avtomobillərin sayında azalma - DƏYƏR ÜZRƏ İSƏ ARTIB BAŞ VERİB
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
8 saat əvvəl
TƏBİB Vüqar Qurbanovun İcraçı direktor vəzifəsindən azad edildiyini təsdiqləyib
- 8 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Nestle, Danone və Lactalis barəsində cinayət işi açılıb - məsul rəhbərlər 7 ilə qədər həbs cəzası ilə üz-üzə
Daha bir ölkə Avroya keçə bilər
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Ən çox oxunanlar
Kreditlərini Unibanka gətir, 7 %-dək endirim əldə et!
AZAL Şımkent şəhərinə müntəzəm reyslərə başlayır
Yanvarda Azərbaycanın ixarcı və idxalı azalıb
Özbəkistandakı Azərbaycan kapitallı müəssisələrin sayı 368-ə çatıb
Fevralın 17-də gözlənilən hava şəraiti
AFB Bank uzunmüddətli strategiyasını açıqlayıb
"Uber" biznesini 7 Avropa ölkəsinə genişləndirir



















