Azərbaycanın quşçuluq sahəsində yeni cərəyən - 5 ŞİRKƏT BİRGƏ MÜƏSSİSƏ YARADIR
5 dövlət və özəl şirkət yüksək keyfiyyətli inkubasiya yumurtaları istehsal edəcək və aparıcı yerli istehsalçı olacaq birgə müəssisə yaratmaq haqda razılığa gəliblər(®) Azərbaycan-İsrail tərəfdaşlığı nəticəsində ərsəyə gələn innovativ damazlıq təsərrüfatı Azərbaycanın quşçuluq sənayesini milyonlarla yüksək keyfiyyətli yerli damazlıq yumurta ilə təmin edəcək.
Ən sərfəli və əlçatan zülal mənbəyi olaraq, toyuq əti və yumurtası ilə quşçuluq sənayesi istənilən ölkənin ərzaq təhlükəsizliyində önəmli yer tutur. Damazlıq yumurtaları və DOC (“günlük cücələr”) toyuq əti istehsal zəncirinin mühüm halqalarıdır və onların fasiləsiz təchizatının təmin edilməməsi qaçılmaz olaraq bütün sektora ciddi mənfi təsirlər göstərə bilər.
Azərbaycan inkubasiya yumurtalarının əhəmiyyətli bir hissəsini hər zaman xaricdən idxal edib və xüsusilə son illər bu məsələnin həlli yollarının müzakirə edilməsi zəruri hal alıb. COVİD 19 pandemiyası və mövcud geosiyasi təlatümlərin təsiri ilə ənənəvi təchizat zəncirlərinin pozulması nəticəsində ölkəmiz üçün milli ərzaq təhlükəsizliyinin təminatında yeni həll yolları tapıb, regional bazarlarda yeni imkanlar yaratmaq zərurəti meydana çıxmışdır.
Mövcud vəziyyətdən qaynaqlanaraq maliyyə, kənd təsərrüfatı, tikinti, Agritech (aqrar texnologiyalar) və R&D üzrə (araşdırma və inkişaf) təcrübəyə malik Azərbaycan və İsraili təmsil edən beş dövlət və özəl müəssisə yüksək keyfiyyətli inkubasiya yumurtaları istehsal edəcək və aparıcı yerli istehsalçı olacaq birgə müəssisə yaratmaq haqda razılığa gəlmişlər.
Müəssisə Azərbaycan toyuq məsullarının keyfiyyətini, səmərəliliyini, məhsuldarlığını və burdan gələn qazancı artırmaq üçün qabaqcıl kənd-sənaye innovasiyaları və ən yaxşı İsrail təcrübələri ilə yerli toyuq istehsalı sənayesini inkişaf etdirəcək.
Beləliklə, birgə müəssisə daxili bazarı təmin etməklə idxalın əvəzlənməsinə kömək edə, yüksək keyfiyyətli və gəlirli məhsullarla regional bazarlara çıxaraq, Azərbaycanın ixrac potensialını genişləndirərək bu sahədə yeni cərəyan yaradacaq.
Birgə müəssisə ilk yumurtalarını artıq 2024-cü ildə təhvil verəcək və şirkətin istehsal gücünün ildə 18 milyon yumurtaya çatacağı gözlənilir.
Qurucu təşkilatlar:
Azərbaycandan:
- Şəxsi kapital, vençur kapitalı və ictimai bazarlar üzrə ixtisaslaşmış özəl investisiya şirkəti Moonwake.
- Azərbaycanın qeyri-neft sektoruna kapital qoyuluşlarında liderlik edən Azərbaycan Dövlət İnvestisiya Şirkəti.
- “Mərcan” brendi altında yüksək keyfiyyətli, ekoloji cəhətdən təmiz toyuq məhsulları istehsal edən Azerbaijan Poultry Company MMC.
İsraildən:
- Agrigo Group, şaquli heyvandarlıq və quşçuluq inteqrasiyaları, akvakultura təsərrüfatları, ağıllı yetişdirmə və dərin emal texnologiyaları və yüksək proteinli yem həlləri daxil olmaqla aqro-sənaye layihələri üçün qlobal EPCM inteqratoru.
- Ağıllı avtomatlaşdırma və dəqiq monitorinq sistemlərinin qabaqcıllarından olan İsrailin Agri-tech şirkəti Shani Ray Technologies Ltd.
Layihə AgriGo tərəfindən həyata keçirilərək Agritech innovasiyalarından, mühəndis həllərindən və ağıllı texnologiyalardan istifadə edərək, yekun məhsulun kəmiyyətini maksimuma çatdıraraq, fermanın uzunmüddətli iqtisadi səmərəliliyini və davamlılığını onilliklər ərzində daxili genişləndirmə potensialı ilə təmin edəcək.
Təsərrüfat üçün yemin yüksək keyfiyyətlə təmin edilməsinə xüsusi diqqət yetiriləcək.
AgriGo tərəfindən cəlb edilən israilli mütəxəssislər yerli kadrlara uzunmüddətli perspektivdə əməliyyatları həyata keçirə bilmək və fermanın uğurlu fəaliyyətini davam etdirmək üçün təlimlər keçəcəklər.
Beləliklə, İsrail texnologiyaları və yerli imkanların vəhdəti ilə bu layihə Azərbaycanın bütün quşçuluq sektorunda keyfiyyət dəyişikliyi üçün təkanverici qüvvəyə çevriləcək.
AgriGo şirkətinin rəhbəri Anatoli Mindel layihə ilıə bağlı düşüncələrini paylaşaraq qeyd edib:
“Mən Azərbaycanlı tərəfdaşlarımızla sinerjidən ilham alıram və gözləyirəm ki, bu damazlıq ferma bizim birlikdə görəcəyimiz bir çox kənd təsərrüfatı layihələrindən birincisi olacaq. Biz onilliklər ərzində əldə etdiyimiz qlobal təcrübəmizi və İsrailin agro-texnika sahəsinin təklif etdiyi ən yaxşı imkanları xüsusilə bu layihəyə, bütövlükdə Azərbaycan iqtisadiyyatına və xalqına fayda gətirmək üçün təqdim etməyə hazırıq”.
Müştərilərin xəbərləri
“Rabitəbank” maliyyə savadlılığı layihəsi çərçivəsində regionlarda sahibkarlığın inkişafına dəstəyini davam etdirir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 1 gün sonra
-
- 3 saat əvvəl
-
5 saat əvvəl
Sabah gündüz Bakının və Abşeron yarımadasının bəzi yerlərində yağış yağacaq – XƏBƏRDARLIQ
-
5 saat əvvəl
2026-cı ilin birinci rübündə sənaye zonalarında istehsalın həcmi 883 milyon manata çatıb
-
5 saat əvvəl
Sumqayıt Sənaye Parkında yeni şirkət - 16,3 milyon manat olan layihə həyata keçiriləcək
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Nazir: İdxal etdiyimiz məhsulların 25 faizini Azərbaycanda tam əvəzləmək potensialı var
-
7 saat əvvəl
Nazir: İlk dəfə olaraq balıqçılıq sahəsinə subsidiyalar və dövlət güzəştləri veriləcək
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 19 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair yeni Dövlət Proqramı təsdiq edilib
Nazir: İdxal etdiyimiz məhsulların 25 faizini Azərbaycanda tam əvəzləmək potensialı var
Nazir: İlk dəfə olaraq balıqçılıq sahəsinə subsidiyalar və dövlət güzəştləri veriləcək
Azercell-dən HONOR smartfonlarına xüsusi kampaniya
bp şirkəti Azəri-Çıraq-Dərinsulu Günəşlidə "maksimum neftvermə" üçün yeni texnologiya tətbiq edib
Süni intellekt hakatonunun qalibləri elan edilib
"Ənənəvi suvarma üsullarından imtina edilməsi, damcı və pivot texnologiyalarının tətbiqinin genişləndirilməsi müasir dövrün çağırışlarından biridir"
“Rabitəbank” maliyyə savadlılığı layihəsi çərçivəsində regionlarda sahibkarlığın inkişafına dəstəyini davam etdirir
"Son 5 il ərzində heyvanların sayında azalma müşahidə olunur. Ət istehsalı istehlakını qarşılaya bilmir"












.jpg)







