Analitik nə üçün 1 dolların 200 rubl olmayacağını izah edib
"Dollar 200 rubla qədər bahalaşa bilər" kimi fantastik rəqəmlər proqnozlaşdırıcı modellərə əsaslanır. Bu modellər mövcud qeyri-sabitlik şəraitində valyuta məzənnələrini müəyyən edən bir çox amilləri nəzərə almır".
Marja xəbər verir ki, bunu "BitRiver"in maliyyə analitiki Vladislav Antonov bildirib.
Dolların rubla nisbətdə məzənnəsinin proqnoz modeli fundamental məlumatları nəzərə alır və məzənnəni proqnozlaşdırır. Belə proqnoz modelləri bazarlarda artıq baş vermiş və işlənmiş keçmişə əsaslanır.
"Əgər tənzimləyicilər (mərkəzi banklar - red) bazarda xaos baş verən zaman kəskin dalğalanmaları yumşaltmaq üçün aktiv addımlar atmasalar, qiymət bu sxemə (modelə) uyğun ola bilər. Həmçinin proqnozlarda bütün gələcək geosiyasi amilləri nəzərə almaq və bazar iştirakçılarının davranışını proqnozlaşdırmaq mümkün deyil.
Nəzəri olaraq, rubl həqiqətən də dollar qarşısında kəskin şəkildə zəifləyə bilər - biz bunu bir il əvvəl geosiyasi və iqtisadi gərginliyin artmasından sonra müşahidə etdik. Amma eyni zamanda biz Rusiya Bankının çöküşün qarşısını almağa yönəlmiş hərəkətlərini də gördük. Tənzimləyici qeyri-rezidentləri blokladı, əsas faiz dərəcəsini dərhal 20 faizə qaldırdı və qısa mövqeləri qadağan etdi. Xarici valyutanın alışına görə 30 faizədək komissiya tətbiq edilib. Banklardan valyuta çıxarmaq mümkün deyildi.
Məhz tənzimləyicinin hərəkətləri və möhtəkirlərin vaxtında məhdudlaşdırılması səbəbindən proqnozlar çox vaxt özünü doğrultmur", Antonov bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
38 d. əvvəl
Aşağı büdcəli aviaşirkət Daşkənddən Bakı və Gəncəyə uçuşlara başlayıb
-
- 41 d. əvvəl
-
50 d. əvvəl
İlham Əliyev “Baku Energy Forum”un rəsmi açılış mərasimində çıxış edib
-
53 d. əvvəl
ABŞ Dövlət katibinin iqtisadi məsələləri üzrə köməkçisi Azərbaycanda səfərdədir
- 2 saat əvvəl
-
2 saat əvvəl
Gömrük bağlamalarını bəyan etməyin ən rahat yolu: "SİMA İmza"
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
Mülki Aviasiya İşçilərinə ÖZƏL KREDİT TƏKLİFİ
Gömrük bağlamalarını bəyan etməyin ən rahat yolu: "SİMA İmza"
Neft 2 faizdən çox bahalaşıb
Ən çox oxunanlar
Qlobal bazarlar Trampın qərarını gözləyir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 12 GÜN
“Merkuri BOKT” yığılmış zərərdən xilas olub
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub, aktivlər kəskin azalıb
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
BOKT “İnkişaf Üçün Maliyyə”nin mənfəəti 26% artıb
79 və 119 nömrəli marşrut xətlərində avtobuslar yenilənir




















.jpg)





