"Blinken Lavrovla danışmaq istəyib. Görüş olmayıb, ayaqüstü danışıblar"
ABŞ və Rusiya xarici işlər nazirləri arasında müharibədən sonra ilk təmasABŞ dövlət katibi Antoni Blinken və Rusiyanın xarici işlər naziri Sergey Lavrov G20 Xarici İşlər Nazirləri Toplantısının keçirildiyi Yeni Dehlidə qısa görüş keçirib.
Marja xəbər verir ki, ABŞ Dövlət Departamenti rəsmilərinin verdiyi açıqlamaya görə, Hindistanın paytaxtı Yeni Dehlidə bir araya gələn Blinken və Lavrov arasında görüş təxminən 10 dəqiqə davam edib.
Adının çəkilməsini istəməyən ABŞ rəsmisi deyib ki, Blinken həmkarı Lavrova müharibə bitənə qədər ABŞ-ın Ukraynanı dəstəkləməyə davam edəcəyini deyib.
Blinkenin Rusiyanın nüvə sazişindən çıxmaq qərarından əl çəkməsini istədiyini bildirən rəsmi, həmçinin ABŞ dövlət katibinin Moskvanın ABŞ vətəndaşı məhbus Paul Whelan-ın azad edilməsi tələbini Lavrova çatdırdığını deyib.
ABŞ rəsmisi qeyd edib ki, görüşdən sonra Blinkendə Rusiyanın mövqeyində yaxın gələcəkdə hər hansı dəyişiklik olacağı təəssüratı yaranmayıb.
Rusiya tərəfi: "Görüş yoxdur"
Digər tərəfdən, Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova TASS xəbər agentliyinə bildirib ki, Blinken və Lavrov G20-nin ikinci sessiyası çərçivəsində gedərkən (hərəkət alında olarkən) danışıblar. "Blinken Lavrovla danışmaq istəyib. Lavrov Blinkenlə ayaqüstü danışıb. Heç bir müzakirə, görüşlər və sair olmayıb".
Blinken və Lavrov sonuncu dəfə 2022-ci ilin yanvarında, Ukrayna müharibəsindən əvvəl İsveçrənin Cenevrə şəhərində görüşüblər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
8 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)






.jpg)







