İrandan Azərbaycana gətirilən bibərlərdə də zərərli virus aşkar olundu - MƏHV EDİLDİ
Təhlükəli portağallardan sonra, təhlükəli bibrlər İrandan Azərbaycana gətirilib.Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirlərini davam etdirir.
Marja xəbər verir ki, İran İslam Respublikasından idxal olunan “Ballı Store N” MMC-yə məxsus 7 425 kq, “Amotrade” MMC-yə məxsus 6 010 kq bibər məhsuluna Agentliyin müfəttişləri tərəfindən keçirilən baxış zamanı götürülmüş nümunələrin müayinələri nəticəsində karantin tətbiq olunan zərərli orqanizm – qonur qırışıqlıq virusu aşkar olunub.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq zərərli orqanizmlə sirayətlənmiş məhsul partiyaları barədə qida təhlükəsizliyi sertifikatının verilməsindən imtina edilməsi və məhsulların gömrük ərazisinin hüdudlarından kənarlaşdırılması və ya məhv edilməsinə dair qərarlar qəbul olunub. Məhsul partiyaları Qaradağ Rayon Qızıldağ Poliqonunda məhv edilib.
Məlumat üçün bildirilib ki, cari ildə İran İslam Respublikasından idxal olunması üçün edilmiş 3 müraciət əsasında aparılan müayinələr nəticəsində bibər məhsulu partiyalarında karantin tətbiq olunan zərərli orqanizm aşkarlanıb.
Xəbər verdiyimiz kimi, Fevral ayında, “Best Supply Company” MMC-nin İran İslam Respublikasından idxal etdiyi 19 400 kq portağal məhsuluna Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) müfəttişləri tərəfindən keçirilən baxış zamanı götürülən nümunələrin müayinələri nəticəsində məhsul partiyasında karantin tətbiq olunan zərərli orqanizm - Sitrus tristeza virusu aşkarlanmışdı. Zərərli orqanizmlə sirayətlənmiş məhsul partiyası Sumqayıt Şəhər Poliqonunda məhv edilmişdi.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
35 d. əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
-
3 saat əvvəl
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
-
4 saat əvvəl
“5 milyon manatlıq istiqrazlarımızın uğurla yerləşdirilməsi bizi həvəsləndirib”
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Ən çox oxunanlar
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq


























