“Azerçay” dünya şöhrətli alimlərlə görüşə sponsorluq edib
(®) Azərbaycanın ilk milli markalarından olan “Azerçay” daha bir çox önəmli tədbirə dəstək olub.
Belə ki, ABŞ Milli Elmlər Akademiyası, Amerika Fəlsəfə Cəmiyyəti və Rusiya Elmlər Akademiyasının üzvü, Ali Mehmet Celal Şengör və türk tarixçi, akademik, yazıçı İlber Ortaylının Bakıda keçirdiyi konfransa sponsor olan doğma çay markamız iştirakçılara maraqlı anlar yaşadıb.
3 saat davam edən tədbirdə 2000 nəfər qonaq üçün “Azerçay” hədiyyə edilib. Həmçinin adıçəkilən markanın marketinq müdiri Tərlan Lətifov tədbirdə iştirak edən bütün qonaqlara maraqlı məlumatlar verib. Bununla yanaşı iştirakçılar çayların dadına baxmaq fürsəti də əldə ediblər.
Daha sonra alimlərə “Azerçay”ın müxtəlif çeşid çayları hədiyyə edilib.
Göstərilən diqqətə və qonaqpərvərliyə görə təşəkkür edən alimlər Bakıda bir neçə dəfə olduqlarını qeyd edib, buraya təkrar gəldikləri üçün xeyli məmnun olduqlarını bildiriblər.
Onlar konfransda dünya tarixinin Orta Əsrlər, İntibah dövründəki maraqlı məqamlarından, o cümlədən Azərbaycan və Türk xalqlarının tarixi, onların dil ünsürləri haqqında geniş çıxış ediblər. Qeyd edilib ki, Türkiyə və Azərbaycan arasında həmişə dostluq, qardaşlıq olub. Bu baxımdan Türkiyə ilə Azərbaycan birliyi siyasi birlik baxımından bir araya gələn ölkələr deyil, ortaq mədəniyyət, din, dil, sənət biliklərinə sahib məkanlardır. Bu iki dövləti birləşdirən bir çox dəyərlər, mənəvi bağlar var.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 5 d. əvvəl
-
-
1 saat əvvəl
Azərbaycana minik avtomobillərinin idxalı 40 %-dən çox azalıb
-
1 saat əvvəl
Azərbaycanın ixracı qızıl ehtiyatının satışı ilə kəskin artıb - müsbət saldoda 10 qat artım
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Rabitəbank” beynəlxalq ödəniş sisteminin “Principal member” statusunu əldə edib
-
2 saat əvvəl
“Rabitəbank”dan daha bir yenilik - elektrikli avtomobillərin şarj ödənişlərinə 10% keşbek
-
2 saat əvvəl
“Azeronline” “mygov ID” platformasına inteqrasiya olunan ilk provayder oldu
-
2 saat əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
- 3 saat əvvəl
-
3 saat əvvəl
Türkmənistan Xəzərin dibi ilə enerji kabeli layihəsində iştirak imkanını araşdırır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
Gələcəyin şəhərləri yeni mobillik tələb edir
Azərbaycana minik avtomobillərinin idxalı 40 %-dən çox azalıb
Mayın 19-da gözlənilən hava şəraiti
“Rabitəbank”dan daha bir yenilik - elektrikli avtomobillərin şarj ödənişlərinə 10% keşbek
Ən çox oxunanlar
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Mingəçevir Sənaye Parkında istehsal və ixracın həcmi artıb
“İrşad BOKT”ın kredit portfeli 22 dəfəyə yaxın artıb






.jpg)






.jpg)








