970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

“AzerGold” ilk dəfə yerli bazara gümüş külçələr təqdim edib

iç səhifə xəbər başlığı altı (mobil)_31
“AzerGold” ilk dəfə yerli bazara gümüş külçələr təqdim edib

“AzerGold” QSC ölkədə gümüş külçələrə olan tələbatın yerli məhsullar hesabına qarşılanması və investisiya imkanlarının genişləndirilməsi məqsədilə ilk dəfə olaraq yerli xammal əsasında istehsal edilmiş 999,9 əyarlı gümüş külçələrin satışına başlayıb.

QSC-nin yaydığı məlumatda bildirilir ki, son illərdə yaşıl enerji texnologiyalarının sürətli inkişafı və elektronika sənayesində gümüşdən istifadənin əhəmiyyətli dərəcədə artması bu qiymətli metalın qlobal bazardakı strateji rolunu daha da gücləndirib. Eyni zamanda, beynəlxalq bazarlarda gümüşə olan artan tələb onun investisiya aktivləri sırasında daha cəlbedici mövqe tutmasına əlverişli şərait yaradıb.

Reklam_3_11

Gümüş külçələrin bazara çıxarılması dəyər zəncirinin genişləndirilməsinə töhfə verməklə yanaşı, vətəndaşlar üçün alternativ investisiya alətinin formalaşdırılmasını hədəfləyir. İlkin mərhələdə istehlakçılara 250, 500 və 1000 qramlıq çəkilərdə təqdim edilən məhsulların növbəti mərhələdə bazar tələbatı, investor marağı və istehlakçı seçimləri nəzərə alınmaqla müxtəlif çəki kateqoriyalarında yeni çeşidlərinin istehsalı planlaşdırılır.

Qeyd edək ki, gümüş külçələrin Satış və Mübadilə Mərkəzində milli valyuta ilə geri alışı da həyata keçiriləcək. Sözügedən məhsullar istehlakçılardan Azərbaycan Respublikası Mərkəzi Bankının gündəlik rəsmi məzənnəsi əsas götürülməklə, külçənin metal dəyərinə 10% əlavə ödəniş tətbiq olunmaqla geri alınacaq.

Gümüş külçələr Bakı şəhəri, Bülbül prospekti, 3 ünvanında yerləşən Satış və mübadilə mərkəzində, həmçinin azergold.gift onlayn satış platforması vasitəsilə alıcılara təqdim edilir.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

AzerGold AzerGold QSC gümüş külçə yerli gümüş külçələr 999 9 əyarlı gümüş Azərbaycanda gümüş satışı yerli xammal qiymətli metallar investisiya külçələri alternativ investisiya gümüşə investisiya gümüş bazarı gümüş tələbatı yaşıl enerji texnologiyaları elektronika sənayesi qlobal gümüş bazarı yerli istehsal gümüş məhsulları 250 qram gümüş külçə 500 qram gümüş külçə 1000 qram gümüş külçə Satış və Mübadilə Mərkəzi AzerGold Gift azergold.gift gümüş külçələrin geri alışı Mərkəzi Bank məzənnəsi milli valyuta ilə geri alış investisiya alətləri qiymətli metal investisiyası Azərbaycanda investisiya imkanları
03.07.2026 09:29
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 4-cü_19