AMEA-nın iki institutu yaradılacaq
Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin növbəti iclası zamanı AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun bazasında daxili imkanlar hesabına əlavə maliyyə vəsaiti tələb olunmadan Arxeologiya və Antropologiya İnstitutunun yaradılması haqqında müzakirələr aparılıb.
AMEA-dan verilən məlumata görə, xalqların adət-ənənələrinin, mədəniyyət nümunələrinin tarix, etnoqrafiya və mədəniyyətşünaslığın nəzəri-metodoloji baxışlar sistemi əsasında araşdırılmasına daha çox ehtiyac olduğunu deyən AMEA prezidenti Rəyasət Heyətinin 26 may 2023-cü il tarixli qərarı ilə Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun etnoqrafik profilli şöbələrinin AMEA-nın Tarix İnstitutunun strukturuna verildiyini bildirib.
O qeyd edib ki, bundan sonra institutda yalnız arxeologiya və antropologiya elmləri sahəsində fundamental və innovativ elmi tədqiqatlar həyata keçirilməkdədir.
AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun bazasında mövcud ştat vahidi və daxili maliyyə imkanları hesabına AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun yaradılması haqqında AMEA-nın Ümumi yığıncağı qarşısında vəsatət qaldırılıb.
Rəyasət Heyətinin müzakirəsinə çıxarılan növbəti məsələ AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun bazasında Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun yaradılması haqqında olub.
Məsələ ilə bağlı çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli vurğulayıb ki, AMEA-nın Tarix İnstitutunda həyata keçirilən tədqiqatların etnoqrafik və etnoloji araşdırmalarla əlaqəli inkişafının təmin edilməsi, xalqımızın maddi və mənəvi mədəniyyət abidələrinin, adət-ənənələrinin tarixi aspektdən kompleks tədqiqinin reallaşdırılması məqsədilə AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun etnoqrafiya elmi istiqamətini əhatə edən şöbələri Tarix İnstitutunun strukturuna keçirilib, bununla əlaqədar olaraq institutda yeni elmi istiqamət yaradılıb.
Qeyd olunanları nəzərə alaraq, AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun bazasında mövcud ştat vahidləri əsasında və daxili maliyyə imkanları hesabına AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun yaradılması haqqında AMEA-nın Ümumi yığıncağı qarşısında vəsatət qaldırılıb.
Rəyasət Heyəti tərəfindən AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda daxili imkanlar əsasında Xəzərin Arxeologiyası şöbəsinin yaradılması qərara alınıb.
Eyni zamanda iclasda AMEA-nın Qafqazşünaslıq İnstitutunun strukturunun və əməkdaşlarının say həddi təsdiq edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 4 d. əvvəl
-
- 8 d. əvvəl
-
25 d. əvvəl
Azərbaycana 4 ayda təxminən 100 milyon dollarlıq buğda idxal olunub -10 FAİZ ARTIB
- 47 d. əvvəl
-
50 d. əvvəl
Əczaçılıq məhsullarının idxal dəyəri artıb, həcmi azalıb - 4 AYDA 170 MİLYON DOLLARLIQ İDXAL
- 53 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Azərbaycana çay idxalı 23% azalıb
Kərə yağı idxalı azalıb, bitki yağlarının idxalı isə artıb
Süd və qaymaq idxalı 54,9% artıb
Ən çox oxunanlar
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 25 GÜN
Yeyinti məhsullarının idxalı 46,3 milyon dollar artıb
Tramp: Sabah İrana hücum etməyəcəyik
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Şəkər ixracı 4 dəfədən çox artıb

















.jpg)








