Azərbaycanda yeni dələduzluq forması yayılıb
Azərbaycanda yeni dələduzluq forması yayılıb.
Müraciət edən bir qrup şikayətçi “PashaPay” MMC-nin təqdim etdiyi elektron pulqabı olan “m10” mobil tətbiqindəki hesablarından külli miqdarda pulun oğurlandığını bildirib.
Şikayətçilərdən Hilal Yusifov və Xətai Əsgərli qeyd edib ki, instaqram sosial şəbəkəsində “m10”un rəsmi səhifəsinə bənzəyən saxta səhifələrdə (m10aile, m10la və s.) paylaşılan “şans lotereyasında” iştirak ediblər. Hesablarındakı pullar da bundan sonra oğurlanıb:
“Bizə yönləndirilən saytlara (m10aile.com, m10la.com və s.) daxil olub müvafiq məlumatları (mobil nömrə və OTP kod) daxil etdiyimizə görə, kibercinayətkarlar həmin məlumatları əldə edib m10 hesablarımıza daxil olaraq pulları əsasən digər m10 hesablarına və ya hər hansı bank hesablarına köçürdük. Hazırda ümumi 28 şəxs zərərçəkmiş kimi daxili işlər orqanlarına müraciət edib. Ümumi məbləğ 18 418 manat təşkil edir. Lakin bu say ümumi zərərçəkmişlərin çox az bir qismini təşkil edir”.
S.Şirinov əlavə edib ki, yerli polis idarələrinə etdikləri müraciətlərin hələ ki, nəticəsi yoxdur: “Kibercinayətkarlar tutulmayıb və onlar fəaliyyətlərini sərbəst davam etdirirlər. Artıq toplanaraq 28 zərərçəkmiş adından DİN-in Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə müraciət ünvanlamışıq”.
Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev sorğusuna cavab olaraq bildirib ki, sosial şəbəkələrdə dələduzluq hallarına qarşı mübarizə tədbirləri daim diqqət mərkəzində saxlanılır: “Vətəndaşlardan daxil olan və polis əməkdaşları tərəfindən aşkar olunan dələduzluq faktları araşdırılır. Vətəndaşların tanımadığı şəxslərə və etibar etmədiyi şirkətlərə onlayn qaydada ödəniş etməmələri tövsiyə olunur. Qeyd olunan məsələ ilə bağlı hazırda araşdırma aparılır”.
Qeyd edək ki, bir müddət əvvəl “m10” MMC də rəsmi məlumat yayaraq müştərilərini dələduzluq faktları ilə bağlı xəbərdarlıq etmişdi. Şirkət vətəndaşları şəxsi məlumatlarını paylaşmamağa çağırmışdı. Eyni zamanda qeyd edilmişdi ki, “m10”un təmsilçilərinin belə müştərilərin heç bir şəxsi məlumatını soruşmaq kimi hüququ yoxdur.

"PashaPay"dən "m10" adından dələduzluq halları ilə bağlı açıqlama
"PashaPay" MMC bu gün Marja.az saytında dərc olunan “Azərbaycanda fırıldaqçılığın yeni forması yayılıb” başlıqlı yazıya münasibət bildirib.
Marja.az-ın sorğusuna cavab olaraq "PashaPay" MMC-dən verilən məlumatda deyilir:
"Son zamanlar ölkədə bank, mağaza kreditləri, onlayn alış-veriş və digər maliyyə sahələrində geniş yayılmış dələduzluq halları m10 elektron pulqabısı vasitəsi ilə də həyata keçirilir. "PashaPay"ın bu məsələ ilə bağlı mövqeyi və müştərilərimizi fırıldaqçılıqdan qorumaq üçün atdığımız addımlar barədə sorğunuzu yüksək qiymətləndiririk.
m10 istifadəçilərinin təhlükəsizliyi və rifahı şirkət üçün hər şeydən önəmlidir. Biz onların maliyyə təhlükəsizliyinə hər hansı potensial təhlükəni çox ciddi qəbul edirik. Məqalədə adı çəkilən narahatlıqları aradan qaldırmaq üçün sizə istifadəçilərimizin təhlükəsizliyi və xidmətlərimizin bütövlüyünü qorumaq üçün həyata keçirdiyimiz qabaqlayıcı tədbirlər haqqında ümumi məlumat vermək istərdik:
Real vaxt rejimində monitorinq: Biz qeyri-adi fəaliyyət aparan bütün əməliyyatları davamlı olaraq izləyirik. Avtomatlaşdırılmış sistemlərimiz fırıldaqçılıq davranışı ilə əlaqəli nümunələri aşkar edən alqoritmlərindən istifadə edir və lazım olduqda dərhal tədbir görməyə imkan verir.
Hüquq-mühafizə orqanları ilə əməkdaşlıq: Dələduzluq fəaliyyətləri baş verdikdə, biz cinayətkarları araşdırmaq və qanuni tədbirlər görmək üçün hüquq-mühafizə orqanları ilə sıx əməkdaşlıq edirik.
Müştəri məlumatlılığının artırılması: İstifadəçilərimizi təhlükəsiz onlayn maliyyə əməliyyatları haqqında fəal şəkildə maarifləndiririk və onlara potensial təhlükələri tanımaqda həm rəsmi səhifələrimiz, həm yerli media, həm də müştəri xidmətlərimiz vasitəsilə kömək edirik. Əlavə olaraq www.m10.az/security veb-səhifəsindən hər zaman tətbiqdə təhlükəsizlik barədə ən son məlumatı ala bilərsiniz.
Davamlı təkmilləşdirmə: m10 elektron pulqabı istifadəçilərinə sürətli, rahat və təhlükəsiz xidmət göstərmək üçün mütəmadi olaraq yeniliklər tətbiq edir. Son yeniliklərimizdən biri üz tanıma ilə pulqabıya girişdir (Face ID). Üz tanıma funksiyası Azərbaycanda ilk olacaq m10 tətbiqində yaradılıb. Funksiyanın əsas məqsədi, heç bir sənəd olmadan, m10 hesabının sahibini müəyyən etməkdir. Üz tanıma funksiyasının köməyi ilə yalnız istifadəçinin üzü telefonun ön kamerası ilə tanınanda tətbiqi açmaq mümkün olacaq və bu da öz yerində dələduzluğun qarşısını alacaq.
"PashaPay" MMC dəqiq məlumatı təbliğ etməyə və müştərilərimizin təhlükəsizliyini təmin etməyə sadiqdir. Əgər sizə hər hansı əlavə məlumat və ya açıqlama lazımdırsa əlaqə saxlamaqdan çəkinməyin".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 6 saat əvvəl
-
6 saat əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
-
-
6 saat əvvəl
Tramp: İranın vurduğu təyyarələr danışıqlara təsir etməyəcək
- 6 saat əvvəl
-
6 saat əvvəl
Zərəri 150 000 manata qədər qarşılayan sığorta var, qiyməti də 79 manatdan başlayır
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Aprelin 5-də gözlənilən hava şəraiti - Yağış yağacağı gözlənilir
-
8 saat əvvəl
Azərbaycanın avtomobil bazarında mühüm hadisə - OMODA və JAECOO rəsmi təqdim edildi
-
9 saat əvvəl
Uzaqgörən investorlar Dubayda əmlak alır - sən hələ gözləyirsən?
-
1 gün əvvəl
Milli Depozit Mərkəzinin sədri Türkiyənin bir qrup maliyyə qurumunun nümayəndələrilə görüşüb
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycanda Vakansiyalar - Azvak.az
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
Tramp: İranın vurduğu təyyarələr danışıqlara təsir etməyəcək
Zərəri 150 000 manata qədər qarşılayan sığorta var, qiyməti də 79 manatdan başlayır
"Azərkəndtikinti” şirkətinə əlavə maya qoyulacaq
Aprelin 5-də gözlənilən hava şəraiti - Yağış yağacağı gözlənilir
Ən çox oxunanlar
Azərbaycanın avtomobil bazarında mühüm hadisə - OMODA və JAECOO rəsmi təqdim edildi
Uzaqgörən investorlar Dubayda əmlak alır - sən hələ gözləyirsən?
Milli Depozit Mərkəzinin sədri Türkiyənin bir qrup maliyyə qurumunun nümayəndələrilə görüşüb
"PAŞA Bank"ın səhmlərin ticarətə buraxılması üçün qərar verildi
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bank Respublika-nın sosial, təhsil və innovasiya sahəsində layihələri mükafata layiq görülüb
AccessBank-dan “Gül kimi” təklif














