Avtomobil sahiblərinin "AzParking" əzabı - XİDMƏT ƏLAQƏ NÖMRƏSİ TAPILMAYAN ŞİRKƏTƏ HƏVALƏ OLUNUB
Artıq Bakı, Gəncə və Sumqayıt şəhərlərində bir sıra zonalarda avtomobillərin parklanması qanuni ödənişlidir. Bu xidmətin idarə olunması "AzParking" MMC şirkətinə tapşırılıb. Şirkət tərəfindən "AzParking" mobil tətbiqi istifadəyə verilib.
Marja.az-ın məlumatına görə, avtomobil sahibləri "AzParking" şirkətilə əlaqə saxlamaq üçün telefon nömrələrini tapa bilmədiklərini söyləyirlər.
Həqiqətən "AzParking" şirkətinin İnternet səhifəsində, sosial media səhiflərində Şirkətin telefon nömrələri göstərilmir. Vətəndaşlar problem ilə qarşılaşan zaman Şirkət ilə əlaqə saxlayıb məlumat verə bilmirlər. Eyni zamanda, onlar problem yarandığı halda cərimə olunurlar.
"AzParking"in xidmətindən istifadə edən avtomobil sahiblərindən biri iddia edir ki, Bakıda Sabir bağı yaxınlığında parklanma xidmətindən istifadə və buna görə ödəniş edib. Vətəndaş bildirir ki, ödənişi həyata keçirdiyi halda onun ödəniş etmədiyi görünür və hər ötən gün üzrə 10 manat cərimələnir.
Qeyd edək ki, ötən dövrdə "AzParking" haqqında Marja.az saytında dəfələrlə xəbər yayımlanıb və bu xəbərlərə görə axtarış sistemlərində "Azparking"sözünü yazdıqda Marja.az-dakı xəbərlər ön səhifələrdə çıxır. Bu xəbərlər üzərindən saytımıza daxil olan axtarış edənlər Marja-nın telefon nömrələrini götürüb redaksiyamıza zəng vururlar. Bu zənglərin sayı-hesabı yoxdur. Onlar "AzParking"dən istifadə zamanı problemlə qarşılaşdıqlarını, Şirkətə məlumat vermək üçün telefon nömrəsini əldə edə bilmədiklərini söyləyirlər.
Araşdırmamız zamanı müəyyən etdik ki, "AzParking" mobil tətbiqinin "Profil" kateqoriyasının, "Dəstək" hissəsində "Zəng edin"də AYNA-nın 141 telefon nömrəsi göstərilib. Bu nömrəyə də zəng vurduqda uzun müddət gözələmək lazım gəlir. Biz 141 nömərəsilə əlaqə saxladıq - yalnız musqini və "Sizin zənginiz hazırda növbədə 5-cidir" məlumatını eşitdik. Vətəndaşların tez tapmaları üçün bu nömrəni proqramda gizli yerdə deyil, ön səhifədə yerləşdirmək olardı.
Maraqlıdır, xidmət "AzParking" şirkətinə tapşırıldığı halda nə üçün dəstək xidmətini dövlət qurumu olan AYNA göstərməlidir? Əgər "AzParking" MMC şirkəti parklanma xidmətini idarə edib haqq alırsa, operativ Dəstək xidmətini də özü göstərməlidir.
Hesab edirik ki, "AzParking" Şirkətinin güclü Zəng Mərkəzi yaradılmasına və sorğulara operativ cavab verilməlməsinə böyük ehtiyac var. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) bu məsələyə təcili müdaxilə etməli, vətəndaşların əzab-əziyyətinə son qoyulmalıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
-
10 saat əvvəl
Naxçıvan və Urumçi şəhərləri arasında iqtisadi əməkdaşlığa dair onlayn görüş keçirilib
-
11 saat əvvəl
Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb
- 12 saat əvvəl
-
12 saat əvvəl
Xarici vətəndaşlar üçün bəzi qoruq və muzeylərə giriş qiyməti dəyişir
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
- 13 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
ABB İnvest “İlin investisiya şirkəti” seçildi
Ən çox oxunanlar
Zərgərlik sahəsində əyar nəzarəti sistemi formalaşdırılır
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
Bakı Limanında rekord nəticə
Sahibkarın 4 milyon manatını ələ keçirməkdə təqsirləndirilən dəstənin məhkəməsi başlayıb
"FINCA Azerbaijan"ın dollar istiqrazlarına 54 investordan 54 sifariş - HƏRRACIN NƏTİCƏSİ
6 faydalı qazıntı yatağı hərraca çıxarılacaq
Paşinyan Azərbaycandan Ermənistana benzin tədarükünü alqışladı


















.jpg)



