"Qələbəni elan etmək üçün hələ tezdir"
Dünən ABŞ Mərkəzi Bankı (FED) gözlənildiyi kimi uçot dərəcəsini dəyişməyərək 5,25-5,5% səviyyəsində saxladı. FED 2024-cü ildə 3 iclasında faizlərini 0,75 faiz bəndi azalda biləcəyini proqnozlaşdırır.
Marja.az xəbər verir ki, mətbuat konfransı zamanı FED sədri Jerome Powell (Cerom Pauel), uçot dərəcəsinin ən yüksək səviyyəsinə çatdığını, böyük ehtimalla daha artırılmayacağını söylədi və rəsmilərin indi onu nə vaxt endirməyə başlayacağını müzakirə etdiklərini dedi.
Pauel inflyasiya ilə mübarizədə əhəmiyyətli irəliləyişlərə diqqət çəkib. “İnflyasiya yüksək səviyyədən aşağı düşüb və bu, işsizlikdə əhəmiyyətli artım olmadan baş verib. Bu, çox yaxşı xəbərdir”, - FED rəhbəri bildirib.
Buna baxmayaraq, Pauell, FED-in lazım gələrsə, pul siyasətini daha da sərtləşdirməyə hazır olduğunu bir daha vurğuladı. O, inflyasiyanın (hazırda 3,1% - red) hələ də çox yüksək olduğunu və hədəf 2%-ə qayıtmaq üçün müəyyən vaxt lazım olduğuna aydınlıq gətirib. FED sədri qələbə elan etməyin hələ tez olduğunu bildirib.
Fed rəhbəri dördüncü rübdə iqtisadiyyatda əhəmiyyətli bir yavaşlama olduğunu da bildirdi. “Son göstəricilər göstərir ki, iqtisadi aktivlik üçüncü rübdə müşahidə olunan tempdən əhəmiyyətli dərəcədə aşağı düşüb. Buna baxmayaraq, bütövlükdə ÜDM il ərzində təxminən 2,5% artacaq”, - deyə Cerom Pauel bildirib. Onun sözlərinə görə, ABŞ iqtisadiyyatının indi tənəzzülə uğradığını söyləmək üçün heç bir əsas yoxdur, lakin 2024-cü ildə tənəzzül ehtimalı həmişə var.
Fed ritorikasını nəzərəçarpacaq dərəcədə yumşaltsa da, dərəcələr hələ də 2001-ci ildən bəri ən yüksək həddədir. Bazar FED-in pul siyasətini yumşaltmağa yalnız mart ayında başlayacağını gözləyir.
Bir sıra iqtisadçılar yüksək faiz dərəcələrinin gələn il iqtisadiyyata mənfi təsir edəcəyini, tənəzzül baş verəcəyini və bu fonda neftin qiymətlərinin düşəcəyini proqnozlaşdırırlar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 2 d. əvvəl
-
-
5 d. əvvəl
Əczaçılıq məhsullarının idxal dəyəri artıb, həcmi azalıb - 4 AYDA 170 MİLYON DOLLARLIQ İDXAL
- 8 d. əvvəl
- 21 d. əvvəl
- 24 d. əvvəl
- 31 d. əvvəl
- 33 d. əvvəl
- 1 saat əvvəl
-
11 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Azərbaycana çay idxalı 23% azalıb
Azərbaycana tütün və tütün məmulatlarının idxalı 20% artıb
Süd və qaymaq idxalı 54,9% artıb
Yeyinti məhsullarının idxalı 46,3 milyon dollar artıb
Tramp: Sabah İrana hücum etməyəcəyik
Ən çox oxunanlar
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Şəkər ixracı 4 dəfədən çox artıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Kartof ixracı 2 dəfədən çox artıb



















.jpg)






