Qlobal bazarlarda son vəziyyət
Dünən ABŞ-da statistik məlumatların dərcindən sonra dollar avro, funt və yen qarşısında artım tempini sürətləndirdi, lakin sonra bir qədər ucuzlaşaraq öz mövqelərini itirdi. Hal-hazırda EUR/USD, GBP/USD və USD/JPY valyuta cütlükləri müvafiq olaraq 1.0753, 1.2552 və 148.454 hədlərində ticarət olunurlar. Dollar indeksi (ABŞ-ın ticarət tərəfdaşı olan altı ölkənin valyuta səbətinə nisbətdə) 0.57% artaraq 104.51 bənd təşkil edib.
Təchizat İdarəetmə İnstitutunun (ISM) açıqladığı məlumatlara əsasən, ABŞ-ın xidmət sektoru üzrə PMI göstəricisi dekabr ayında 50.5 bənd səviyyəsindən yanvar ayında 53.4 bənd səviyyəsinə qədər yüksəlib.
Həmçinin dünən dolların bahalaşması fonunda, qızıl 2015$ səviyyəsinə qədər ucuzlaşdı, lakin sonra 2029$-a qədər artım tendensiyası göstərdi. Nyu-Yorkun “Comex” birjasında qızılın aprel fyuçerslərinin qiyməti 1 troy unsiyası üçün 0.85 dollar və ya 0.04% azalaraq 2042$ təşkil edib.
Bazar iştirakçıları geosiyasi amilləri, o cümlədən Yaxın Şərqdəki gərginliyi qiymətləndirməyə davam edirlər. Bunun fonunda ənənəvi olaraq “güvənli liman” olan qızıla tələbin artdığını görə bilərik. Qızıl üçün ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) monetar siyasəti digər mühüm amil kimi qalmağa davam edir. “CME Group”-un məlumatına əsasən, analitiklərin təxminən 83%-i FED-in mart ayında faiz dərəcəsini yenidən olduğu səviyyədə saxlayacağını və əsasən azalmanın may ayı üçün baş tutacağını proqnozlaşdırır.
Eləcə də, bugün Böyük Britaniyadan və Kanadadan açıqlanacaq statistik məlumatlar investorların diqqət mərkəzində olacaq əsas hadisələrdir.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
9 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
10 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 11 saat əvvəl
-
11 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)














.jpg)





