Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
Bu həftə Fransada keçiriləcək seçkilərin ikinci turu və Böyük Britaniyada baş tutacaq parlament seçkiləri fonunda hökm sürən qeyri-müəyyənliklər səbəbi ilə avro və funt dollar qarşısında zəifləyirlər. Ötən gün 1.0776 həddinə qədər artım göstərən EURUSD valyuta cütlüyü hal-hazırda 1.0727 səviyyəsində ticarət olunur. Eyni zamanda, USDJPY cütlüyü bugün 161.390 həddindən 161.660 həddinə qədər yüksəlib. Dollar indeksi isə 0.03% artaraq 105.94 bənd təşkil edir.
Dünən ABŞ-da sənaye sektoruna dair göstəricilər proqnozların altında dərc olundu. Belə ki, Sənaye Sektorunda Biznes Aktivliyi İndeksi iyun ayında 48.7 bənddən 48.5 bəndədək enib. Analitiklər, əksinə, göstəricinin 49.2 bəndə qədər artacağını ehtimal edirdilər. Həmçinin ölkənin Sənaye Sektorunda Məşğulluq İndeksi öncəki ay ilə müqayisədə iyunda 51.1 bənddən 49.3 bəndədək, Sənaye Sektorunda Qiymət İndeksi isə 57 bənddən 52.1 bəndədək enib.
Almaniyada İstehlak Qiymətləri İndeksi may ayı ilə müqayisədə iyun ayında illik ifadədə 2.4%-dən 2.2%-ə azalıb. Analitiklər göstəricinin yalnız 2.3% səviyyəsinə qədər dəyişəcəyini proqnozlaşdırmışdılar. Aylıq ifadədə isə Almaniyada istehlak qiymətləri, ilkin məlumatlara görə, 0.1% artıblar. Ekspertlər 0.2%-lik artım proqnoz etmişdilər.
Qızılın qiyməti çərşənbə axşamı səhər ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) rəhbəri Cerom Pavelin çıxışı ərəfəsində bir qədər ucuzlaşıb. Nyu-Yorkun “Comex” birjasında avqust ayı üzrə qızıl fyuçerslərinin qiyməti 1.8$ və ya 0.08% ucuzlaşaraq 1 troya unsiyası üçün 2337.1$ təşkil edib. Qızılın spot qiyməti 2330$-dır.
AMB-nin sədri Kristin Laqard bazar ertəsi günü çıxışında bildirib ki, Avropa Mərkəzi Bankının inflyasiyanın 2%-ə doğru stabil şəkildə yaxınlaşmasına əmin olmaq üçün daha çox vaxt lazımdır və əlverişli iqtisadi nəticələr faiz endirimlərinin o qədər də təcili olmadığını göstərir.
Bugün bazar iştirakçıları Avrozonada illik inflyasiyaya dair məlumatların dərc olunmasını maraqla gözləyirlər. İqtisadçılar hesab edirlər ki, ölkədə inflyasiya, ilkin hesablamalara görə, iyun ayında 2.6%-dən 2.5%-ə qədər enib. Bundan əlavə, “Eurostat” Bakı vaxtı ilə saat 13:00-da işsizlik səviyyəsi göstəricilərini açıqlayacaq. Analitiklər may ayında göstəricinin 6.4% səviyyəsində qaldını ehtimal edirlər.
Həmçinin FED sədri Cerom Pavelin bugünkü çıxışı tənzimləyici qurumun monetar siyasətə dair planları haqqında investorlara əlavə ipucular verə bilər.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 37 d. əvvəl
-
-
40 d. əvvəl
“Rabitəbank” beynəlxalq ödəniş sisteminin “Principal member” statusunu əldə edib
-
42 d. əvvəl
“Rabitəbank”dan daha bir yenilik - elektrikli avtomobillərin şarj ödənişlərinə 10% keşbek
-
48 d. əvvəl
“Azeronline” “mygov ID” platformasına inteqrasiya olunan ilk provayder oldu
-
1 saat əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
- 1 saat əvvəl
-
2 saat əvvəl
Türkmənistan Xəzərin dibi ilə enerji kabeli layihəsində iştirak imkanını araşdırır
-
2 saat əvvəl
Azərbaycan üzrə şirkətlərin sayı 7%-ə yaxın, Naxçıvan üzrə isə 15%-ə yaxın artıb
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
Mayın 19-da gözlənilən hava şəraiti
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Ən çox oxunanlar
Mingəçevir Sənaye Parkında istehsal və ixracın həcmi artıb
“İrşad BOKT”ın kredit portfeli 22 dəfəyə yaxın artıb
Baku Electronics-də yaz fürsətləri davam edir!
Bank Respublika “Qızıl Seçim” lotereyasının ikinci tirajının qaliblərini elan etdi!
Samsung-un 45 mindən çox əməkdaşı 18 günlük tətilə çıxa bilər
















.jpg)








