Bakıda arıçılıq məhsullarının Sərgi-Satış Yarmarkası keçiriləcək - TARİX
Kənd Təsərrüfatı Nazirliyinin və Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə arıçılıq məhsullarının 24-cü Respublika Sərgi-Satış Yarmarkası keçiriləcək.
Yarmarka 09-29 sentyabr tarixlərində Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 ünvanında (“Gənclik” metro stansiyasının yaxınlığı) təşkil ediləcək.
Yarmarkada arıçılara fəaliyyət göstərdikləri rayonların arıçı sayına uyğun olaraq proporsional qaydada müvafiq sayda yer ayrılacaq. Bu il təşkil olunan Bal yarmarkasında növbəlilik əsasında ilk qeydiyyatdan keçmiş 250 arıçı iştirak edəcək. Yarmarkaya 2024-cü il iyulun 26-dək arıçılıq təsərrüfatlarını Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) bəyan edən və minimum 40 arı ailəsi olan fermerlər müraciət edə bilərlər. Bir arıçı yarmarkada maksimum 400 kq bal və maksimum 30 ədəd arı şanı satışa çıxara bilər.
Yarmarkada iştirak etmək istəyən arıçılar 29 iyul saat 08:00-dan 02 avqust saat 20:00-dək onlayn qaydada qeydiyyatdan keçməlidirlər. Bunun üçün fermerlər bal.kendden.az saytına daxil olaraq müvafiq xanalar üzrə şəxsi və təsərrüfatları barədə məlumatları qeyd etməlidirlər. İştirakı təsdiqlənmiş arıçılara SMS-bildirişlər göndəriləcək, onlara məhsullarını gətirməli olduqları tarix barədə məlumat veriləcək.
Bal nümunələrinin qəbulu 19-27 avqust tarixləri arasında baş tutacaq. Bal məhsullarının qəbulu zamanı arıçı fermer şəxsiyyət vəsiqəsini təsdiq edən sənəd və gətirmiş olduğu məhsula müvafiq olaraq baytarlıq şəhadətnaməsi təqdim etməlidir. Yarmarkada iştirak haqqı ödənişsizdir. Arıçılar ödənişsiz satış üçün yer, lazımi ləvazimatlar, marketinq və digər xidmətlərlə təmin olunacaqlar.
Yarmarkada satışa çıxarılacaq arıçılıq məhsullarının keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edəcək. Məhsullar anbara daxil olduqdan sonra AQTA-nın əməkdaşları tərəfindən istehsalçının iştirakı ilə baldan nümunələr götürüləcək. Analiz üçün götürülmüş nümunələrin nəticələri mütəmadi olaraq təşkilat komitəsinə bildiriləcək. Keyfiyyət yoxlanışının nəticələri standartlara uyğun olmayan arıçılıq məhsullarının satışına icazə verilməyəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 gün sonra
- 7 d. əvvəl
-
-
29 d. əvvəl
Müharibə Azərbaycana gələn ərəblərin sayına mənfi təsir edib - 11 FAİZƏ YAXIN AZALMA
- 32 d. əvvəl
- 38 d. əvvəl
-
54 d. əvvəl
Yeni tikilən Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolu ödənişli olacaq
-
1 saat əvvəl
Ziraat Bank Azərbaycan Bank of China-da CNY üzrə müxbir hesab açdı
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Enerji Məsələlərini Tənzimləmə Agentliyi və ABB müqavilə imzaladı
- 1 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ən çox bankçılıq mükafatını ABB qazandı!
Bank sektorunda çalışanların sayı 1643 nəfər artıb
Ziraat Bank Azərbaycan Bank of China-da CNY üzrə müxbir hesab açdı
AccessBank dörd nominasiya üzrə qalib oldu!
Ən çox oxunanlar
İnvestisiya şirkətlərinin dövriyyələri açıqlandı
Enerji Məsələlərini Tənzimləmə Agentliyi və ABB müqavilə imzaladı
Bakı Fond Birjasının ticarət dövriyyəsində böyük azalma
Taksilərin icbari sığorta xərcləri yeni qaydada hesablanacaq
ABŞ və İsrailin körpüyə hücumuna cavab - İran region ölkələrində yerləşən mühüm körpüləri vura bilər
"Dongfeng Azərbaycan" avtomobil bazarının qaydalarını dəyişir
Xalq Bankda əmanət yerləşdirin, 50 000 AZN qazanmaq şansı əldə edin!
Tramp: İranda geridə qalanları məhv etməyə hələ başlamamışıq
















