Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
2025-ci ildə Azərbaycanda vergi borcları 4,4 % və yaxud 139,5 milyon manat artıb.
Bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən iclasında - "2025-ci il dövlət büdcəsinin icrası haqqında" qanunun layihəsinin müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, ötən ilin sonuna sözügedən göstərici 3 milyard 308,8 milyon manat təşkil edib.
Bundan başqa, sədr deyib ki, bu il ilk dəfə qurum dövlət auditində rəqəmsal həllərin tətbiqi ilə vasitəsilə qanunvericilikdə müəyyən edilmiş hesabatların toplanmasına və müvafiq meyarlar əsasında qiymətləndirilməsinə çalışıb:
"2025-ci ilin dövlət büdcəsinin icrasına dair Rəyin tərtib edilməsi zamanı 200-dən yuxarı təşkilatdan 1700-dən çox hesabat alınıb. Bu daha çox ola bilərdi. Lakin burda say önəmli deyil. Önəmli olan bəzi dövlət təşkilatlarında hesabatlılıq işinin yetərli səviyyədə olmamasıdır. Bunu əsasən rəqəmsal alətlərin natamam tətbiqi və peşəkar kadr potensialının qıtlığı kimi amillərlə bağlamaq olar. Hesabatları vaxtında təqdim edənlərin payı 40 % ətrafındadır. Nəzərə almaq lazımdır ki, hesabatı vaxtında təqdim edən təşkilatların hesabatlarında da natamamlıq və xətalara rast gəlinir. Bu hesabatların sayı da əhəmiyyətlidir. Hesabatların hazırlanmasına formal yanaşma onların analitik dəyərini də azaldır".
Hər gün yeni vakansiyalar - AzVak.az-da
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
-
4 saat əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
-
- 4 saat əvvəl
-
4 saat əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
- 6 saat əvvəl
-
7 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Bakı Limanında quru yük aşırılması 77% artıb
Ən çox oxunanlar
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
"70 faizədək kompensasiya yerli istehsalçıların xarici bazarlarda rəqabətli qiymətlərlə çıxış etməsinə imkan verəcək"





















