"Səhmlərin təkrar bazarı demək olar ki, mövcud deyil"
Azərbaycanda səhmlərin təkrar bazarı demək olar ki, mövcud deyil.
Bunu jurnalistlərə açıqlamasında "Bakı Fond Birjası" QSC-nin (BFB) İdarə Heyətinin sədri Ruslan Xəlilov bildirib.
"Səhv etmirəmsə, real olaraq təkrar səhm bazarı gələn aydan fəaliyyətə başlayacaq və inkişaf etdikcə, dərinləşdikcə kriptovalyuta bazarı ilə bağlı daha geniş düşünmək olar. Lakin hazırda bununla bağlı hər hansı plan mövcud deyil", - deyə o qeyd edib.
"Azərbaycanda fundamental bazar məhsullarını dərinləşdirmədən birbaşa rəqəmsal məhsullara keçid etmək çətindir. Bu sahədə maarifləndirmə tədbirlərinin həyata keçirilməsi və rəqəmsal transformasiya istiqamətində infrastruktur qurulması tamamlanmalıdır. Kriptovalyuta bazarı və digər rəqəmsal həllərin tətbiqi təkcə bizdən asılı məsələ deyil. Bazarın tənzimləyicisi olan Azərbaycan Mərkəzi Bankının özünün riayət etməli olduğu qanunvericilik var. Bu proses yuxarıdan aşağıya doğru həyata keçirilməlidir. Ancaq tənzimləmə və digər məsələlər tam həll olunsa belə, bu, bazarın tam hazır olduğu anlamına gəlməyəcək", - deyə sədr əlavə edib.
"Bakı Fond Birjası" növbəti 3 ildə 7 əsas strateji təşəbbüslə çıxış edəcək
Bakı Fond Birjası növbəti 3 ildə 7 əsas strateji təşəbbüslə çıxış edəcək Ruslan Xəlilov
Ruslan Xəlilov əlavə edib ki, "Bakı Fond Birjası" QSC (BFB) növbəti 3 illik fəaliyyətini 7 əsas strateji təşəbbüslə planlaşdırır.
"Bu təşəbbüslərdən 4-ü istiqraz, 3-ü isə səhm bazarı ilə bağlıdır. İstiqraz bazarı üzrə 1-ci təşəbbüs dövlət müəssisələrinin istiqraz buraxılışının təşviq edilməsidir. Onların bu sahədə potensialı var və əsas məqsəd dövlət müəssisələrinin istiqraz bazarındakı payını artırmaqdır. Növbəti üç ildə dövlət müəssisələrinin istiqraz buraxılışlarının məbləği 1,3 milyard manata qədər arta bilər. 2-ci təşəbbüs institusional investorların istiqraz bazarına cəlb edilməsidir. Korporativ strukturlarda sərbəst qalan vəsaitlərin investisiya formasında bazara cəlb olunması üçün işlər aparılacaq. 3-cü təşəbbüs isə korporativ istiqraz buraxılışlarının təşviqidir. Bu sahədə proqnozlaşdırılan artım potensialı 1,5 milyard manatdır. 4-cü təşəbbüs isə fərdi investorların istiqraz bazarındakı rolunun artırılması ilə bağlıdır. Onların potensialı 280 milyon manat proqnozlaşdırılır", - deyə o qeyd edib.
"Səhm bazarı ilə bağlı təşəbbüslərə gəlincə isə 1-ci təşəbbüs fərdi investorların səhm bazarında iştirakını asanlaşdırmaq üçün lazımi tədbirlərin görülməsidir. 2-ci təşəbbüs özəl müəssisələrin səhmlərinin ilkin kütləvi təklifinin (IPO) təşviq edilməsidir. Özəl müəssisələrin səhm bazarının kapitalizasiyasının proqnozlaşdırılan artımı 500 milyon manatdır. 3-ü təşəbbüs isə IPO akselerator proqramının işə salınmasıdır", - deyə R.Xəlilov əlavə edib.
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 gün sonra
- 4 d. əvvəl
-
-
15 d. əvvəl
"Dongfeng Azərbaycan" avtomobil bazarının qaydalarını dəyişir
- 16 d. əvvəl
- 17 d. əvvəl
-
15 saat əvvəl
Azərbaycanda 2 ayda dövlət xətti ilə 22 milyon manatdan çox ipoteka krediti verilib
-
15 saat əvvəl
Azərbaycanda problemli kreditlərin məbləği mütləq ifadədə son bir ildə 17 % artıb
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycanda Vakansiyalar - Azvak.az
Sea Breeze üçün daha bir vacib müqavilə imzalandı
"Dongfeng Azərbaycan" avtomobil bazarının qaydalarını dəyişir
Rəsmi məzənnələr açıqlandı
Bakıya yağış yağacaq, bəzi yerlərdə intensiv olacaq
Expressbank 4 nominasiya üzrə mükafatlandırılıb
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Unibank 5 nominasiya üzrə qalib olub
Azərbaycanda nağdsız əməliyyatların həcmi 15 faiz artıb - 8,2 MİLYARD MANATLIQ ÖDƏNİŞ
Fevralda ödəniş kartlarının sayı 191 min ədəd artıb
Qanlı Göl yeni layihə əsasında abadlaşacaq
MİDA-da yeni təyinat olub
Ticarət şəbəkələrinin açıq məkanda reklamların yerləşdirilməsi ilə bağlı çətinlikləri var
Bank sektorunda, o cümlədən kreditlərdə cüzi artım olub







.jpg)







