Azercell və GSMA əməkdaşlığı gücləndirir
Ölkənin lider mobil operatoru insan kapitalının inkişafına töhfə verir(®) “Azercell Telekom” MMC və Beynəlxalq GSM Assosiasiyası strateji tərəfdaşlığı gücləndirir. Cari ilin may ayında Bakıda baş tutan ikinci GSMA M360 konfransında aparılan danışıqlara əsasən bu əməkdaşlıq yeni sahələri əhatə etməyə başlayır.
Xatırladaq ki, GSMA münbit biznes mühitinin yaradılması, innovasiya və sosial dəyişikliyin təşviqi məqsədilə mobil ekosistemi bir araya gətirən qlobal təşkilatdır. Konfrans çərçivəsində Azercell və Assosiasiyasının rəhbər heyəti arasında keçirilən görüşdə süni intellektin telekommunikasiya sahəsində tətbiqi imkanları və ümumilikdə bu tərəfdaşlığın potensial inkişaf istiqamətləri müzakirə edilmişdir. Nəticədə “GSMA Advance”ın Azercell əməkdaşları üçün xüsusi təlimlər təşkil edəcəyi barədə razılıq əldə olunmuşdur.
Təlimlər Əşyaların interneti, mobil məxfilik və kibertəhlükəsizlik, telekommunikasiya siyasətinin tənzimlənməsi və digər bu kimi mühüm mövzulara toxunaraq şirkət əməkdaşlarının yeni dövrün iş bazarına uğurlu adaptasiyasına dəstək olacaq. Qeyd edək ki, kurslara artıq start verilib.
Ölkənin telekommunikasiya bazarının inkişafına töhfə verməyi hədəfləyən Azercell bu istiqamətdə GSMA ilə birgə yeni layihələr həyata keçirməyə davam edəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
9 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
10 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 11 saat əvvəl
-
11 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub







.jpg)









.jpg)









