“City Garden Narimanov"un yeni satış ofisinin təqdimat tədbiri keçirildi
(®) Bakı şəhərinin prestijli yaşayış komplekslərindən biri olan “City Garden Narimanov” layihəsinin yeni satış ofisinin təqdimat tədbiri keçirilib. 21 illik təcrübəsi və inşa etdiyi 30-dan çox layihəsi ilə inşaat və daşınmaz əmlak sektorunda nüfuz qazanmış “Kristal Abşeron”un bu tədbiri böyük maraqla qarşılanıb.

Tədbir "Kristal Abşeron" Müşahidə Şurasının sədri Mahayət Nəbiyev çıxışı ilə başlayıb.
Mahayət Nəbiyev çıxışı zamanı inşa etdikləri bu premium layihənin əsas xüsusiyyətləri barədə qonaqlara qısa məlumat verib, “City Garden Narimanov”un müasir şəhərsalma tələblərinə uyğun olaraq hazırlandığını vurğulayıb.

Daha sonra layihənin mühəndisi çıxış edərək tikinti prosesi və keyfiyyəti barədə danışıb. O binanın tikintisində Avropa standartlarına uyğun materiallardan istifadə edildiyini və inşaatın yüksək təhlükəsizlik qaydalarına riayət olunaraq həyata keçirildiyini bildirib. Xüsusilə, layihədə istifadə olunan beton qəlibləri və kupler sistemi binanın möhkəmliyini təmin etmək üçün vacib addımlar arasında qeyd olunub.

Açılış tədbiri şirkət nümayəndəsinin çıxışı ilə davam edib. O, qonaqlara layihənin təmir keyfiyyəti, geniş landşaftı və əlverişli yerləşməsi ilə bağlı məlumat verib, “City Garden Narimanov”da ekoloji davamlılığın əsas prioritetlərdən olduğunu qeyd edərək günəş panelləri və tullantıların çeşidlənməsi kimi ekoloji həllərin tətbiq olunduğunu vurğulayıb.

Tədbirin rəsmi hissəsindən sonra satış nümayəndələri qonaqların suallarını cavablandıraraq layihənin maketi üzərində detallı izahlar verdilər və gələcək sakinləri layihə ilə daha yaxından tanış etdilər. Açılış tədbiri musiqili qeyri-rəsmi hissə ilə davam etdirilib.
Qeyd edək ki, hazırda “City Garden Narimanov” layihəsində binaların tikintisi artıq başa çatıb və mənzillərin təmiri sürətlə davam etdirilir. Siz də Bakı şəhərinin incisi hesab olunmağa namizəd bu premium layihədə mənzil sahibi olmaq istəyirsinizsə satış ofisinə yaxınlaşaraq layihənin cari vəziyyəti və nümunə mənzillərlə bilavasitə tanış ola bilərsiniz.
Ətraflı:
*1544 / 050 293 10 10
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
6 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 7 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur

















.jpg)


