İri dövlət şirkətinin sədrinə yeni müavin təyin edildi
Müşavir idi, Sədrin müavini oldu. Arif Ağayev “Azərbaycan Dəmir Yolları” Sədrinin müavini vəzifəsinə təyin edilib.Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Azərbaycan Dəmir Yolları” QSC-də (ADY) yeni təyinat həyata keçirilib. Arif Ağayev ADY sədrinin müavini vəzifəsinə təyin edilib.
Bu barədə Marja-ya ADY-dən bildirilib.
Qeyd edilib ki, Arif Ramiz oğlu Ağayev 1980-ci ildə anadan olub. 2000-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsini bakalavr, 2002-ci ildə isə magistratura proqramını fərqlənmə ilə bitirib. 2011-2012-ci illərdə Böyük Britaniyanın Kembric Universitetində Biznesin idarə edilməsi üzrə magistr dərəcəsi alıb.
Arif Ağayev müxtəlif illərdə fərqli beynəlxalq məsləhətçi şirkətlərdə çalışıb, biznesin inkişafı, regional layihələr üçün maliyyə təhlilləri, sahibkarlığın inkişafı və kommersiya təhlili kimi istiqamətlərdə böyük təcrübə əldə edib.
2023-cü ilin iyun ayından ADY sədrinin müşaviri vəzifəsində çalışan Arif Ağayev sərmayələrin idarə olunması, beynəlxalq maliyyə qurumları ilə əlaqələr və strateji hədəflərin icrasına nəzarətə məsul olub. ADY-də çalışdığı müddətdə Arif Ağayev əməliyyat səmərəliliyi və sərmayələr proqramlarına rəhbərlik edib.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
- 3 d. əvvəl
-
55 d. əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 58 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
İyunun 12-də gözlənilən hava şəraiti
Qızılın qiyməti son 6 ayın ən aşağı səviyyəsinə düşüb
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Ən çox oxunanlar
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
Rəsmi məzənnələr açıqlandı
























