Vergi ödəyiciləri ƏDV depozit hesablarında olan vəsaitlərdən dövlətə digər ödənişləri də həyata keçirə biləcəklər
ƏDV hesablarındakı vəsaitlərdən sosial ödənişlər üçün istifadə imkanı nəzərdən keçirilir"Hazırda müzakirə olunan mexanizmlərdən biri vergi ödəyicilərinin əlavə dəyər vergisi (ƏDV) hesablarında olan vəsaitlərdən dövlətə digər ödənişlərin həyata keçirilməsi üçün istifadə imkanının yaradılmasıdır".
Marja.az xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
Cabbarov qeyd edib ki, hazırda Azərbaycanda əlavə dəyər vergisi depozit hesabları xüsusi hesablardır. Bu hesablarda olan vəsaitlərdən, xüsusilə sosial sığorta ödənişləri üzrə istifadə imkanları nəzərdən keçirilir. Onun sözlərinə görə, bu alət tətbiq ediləcəyi halda sahibkarların dövriyyə vəsaitlərinə ehtiyacı azalacaq və onların maliyyə imkanları genişlənəcək. Bu isə biznesin inkişafına əlavə dəstək verə bilər.
"Hazırda müzakirə olunur, hələ ki, qərar qəbul edilməyib, lakin ümid edirik ki, bu uğurla başa çatacaq. Vergi ödəyicilərimizin əlavə dəyər vergi hesabları var - müvafiq qanunvericilik mexanizmi əsasında əlavə dəyər vergisi hesabları ayrıdır, xüsusi hesablardır. Biz həmin o hesablarda olan vəsaitlərdən dövlətə olan digər ödənişlər üçün istifadə imkanını nəzərdə keçiririk - xüsusilə sosial sığorta üzrə ödənişlərin",- Mikayıl Cabbarov deyib.
© İqtisadiyyat naziri Mikayıl Cabbarovun AZƏRTAC-a və İTV-yə müsahibəsi
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 8 d. əvvəl
- 16 d. əvvəl
- 26 d. əvvəl
-
42 d. əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 46 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
PAŞA Bankın İPO-sunda kiçik investorların süni sıxışdırılmasının qarşısı alınacaq
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Qızılın qiyməti son 6 ayın ən aşağı səviyyəsinə düşüb
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək


























