Bank Respublika və AFFA arasında sponsorluq müqaviləsi imzalandı
Bank Respublika ölkəmizdə futbolun inkişafına dəstək verəcək!Ölkənin aparıcı banklarından biri olan Bank Respublika və Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) arasında Azərbaycan futbolunun davamlı inkişafına dəstək məqsədilə sponsorluq müqaviləsi imzalanıb.
Müqaviləni “Bank Respublika”nın İdarə Heyətinin sədri Tariyel İsmayılov və AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev imzalayıblar.
İmzalanma mərasimində Bank Respublikanın rəhbərliyi, AFFA nümayəndələri, futbol ictimaiyyətinin tanınmış simaları və media nümayəndələri iştirak ediblər.
Bu əməkdaşlıq futbolun həm peşəkar, həm də kütləvi inkişafına yönəlib. 4 il müddətinə bağlanmış müqavilə çərçivəsində, Bank Respublika yalnız maliyyə dəstəyi göstərməklə kifayətlənməyərək, ölkəmizdə futbolun inkişafı, gənclərin idmana cəlb olunması və sağlam həyat tərzinin təşviqi sahəsində geniş miqyaslı layihələrin həyata keçirilməsini hədəfləyir.
Bu gün Azərbaycan futbolu üçün əlamətdar günlərdən biridir. Bank sektorunun futbolumuzun inkişafına öz töhfəsini verməyə hazır olması sevindirici haldır. Ölkə futboluna göstərdiyi diqqətə, əməkdaşlığa görə “Bank Respublika”ya dərin təşəkkürümüzü bildiririk. Bu əməkdaşlığın həm milli assosiasiya, həm də bank üçün faydalı olacağına əminik” deyə AFFA-nın İcraçı vitse-prezidenti Sərxan Hacıyev qeyd edib.
"Bank Respublika olaraq Azərbaycan futbolunun gələcəyinə inanırıq və bu müqavilə ilə futbolumuzun inkişafına töhfə verməkdən qürur duyuruq. Əminik ki, Milli Komandamız gələn il Dünya Çempionatının seçmə oyunlarında baxımlı oyun nümayiş etdirərək futbol azarkeşlərimizi sevindirəcək. AFFA ilə əməkdaşlıq çərçivəsində futbolun kütləviləşdirilməsi, gənc istedadların üzə çıxarılması və peşəkar futbolun inkişafına dəstək olmaq bizim məqsədlərimizdir." - deyə “Bank Respublika”nın İdarə Heyətinin sədri Tariyel İsmayılov qeyd edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
4 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur













.jpg)








.jpg)
