"Donald Tramp prezident kimi ilk günündə 200-dən çox sənəd imzalayacaq"
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp vəzifəyə başladığı gün 200-dən çox fərman və sərəncam imzalamaq niyyətindədir.
Marja xəbər verir ki, bu barədə "The Washington Post" (WP) mənbələrə istinadən yazır.
WP-nin məlumatına görə, Tramp Meksika ilə sərhəddəki vəziyyət, enerji və hökumət aparatları ilə bağlı “kütləvi dəyişikliklər” planlaşdırır. Donald Trampın bəzi neft-qazma əməliyyatlarına qoyulan məhdudiyyətləri aradan qaldıracağı, həmçinin inklüziv siyasətləri, iqlim dəyişikliyi ilə mübarizə tədbirlərini ləğv edəcəyi gözlənilir.
"Fox News" xəbər verir ki, "Amerika ailələrinin yaşayış xərclərini azaltmaq" üçün də sərəncamlar imzalanacaq. Bundan əlavə, qeyri-qanuni immiqrantlar üçün sərhədlərin bağlanması və bir neçə yerin adının dəyişdirilməsi planlaşdırılır, məsələn, Meksika körfəzi “Amerika körfəzi”nə çevriləcək.
Donald Trampın andiçmə mərasimi bu gün, yanvarın 20-də Bakı vaxtı ilə saat 21:00-da baş tutacaq. CNN-in məlumatına görə, o, rəsmi vəzifəyə gəldikdən bir neçə gün sonra Rusiya prezidenti Vladimir Putinlə danışmaq niyyətindədir. Kanalın həmsöhbətləri iddia edirlər ki, Tramp artıq öz köməkçilərinə telefon əlaqəsinə hazırlaşmağa başlamağı tapşırıb.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
-
4 d. əvvəl
Bəzi rayonlarda beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq - XƏBƏRDARLIQ
- 16 d. əvvəl
- 18 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Yenidən 150 dollar ssenariləri gündəmdədir
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq




















