Tramp bir dəfə də olsun nə Rusiyanın, nə də Ukraynanın adını çəkmədi
Donald Tramp inauqurasiya nitqini yekunlaşdırıb. O, bir dəfə də olsun nə Rusiyanın, nə də Ukraynanın adını çəkməyib.
Marja xəbər verir ki, Tramp söz verib ki, “ABŞ-ın gücü” bütün müharibələri dayandıracaq və dünyaya yeni birlik ruhu gətirəcək.
"Allah məni qorudu, ölmədim"
“Bizim işimizə mane olmaq istəyənlər mənim azadlığımı və həyatıma son qoymağa çalışıblar. Həyatım bir səbəbdən xilas oldu - mən Amerikanı yenidən böyük etmək üçün Allah tərəfindən xilas edildim. Allah məni qorudu, ölmədim", - Tramp çıxışında deyib.
Xatırladaq ki, Donald Tramp 13 iyul 2024-cü ildə Pensilvaniya ştatının Batler yaxınlığındakı seçki kampaniyası zamanı sui-qəsdə məruz qalıb. Tramp sağ qulağının yuxarı hissəsindən güllə yarası alıb.
Tramp bazar ertəsi günü fərmanla Meksika ilə sərhəddə vəziyyətlə əlaqədar fövqəladə vəziyyət elan edəcəyini və ora qoşun göndərəcəyini bildirib.
Tramp inauqurasiya nitqində ABŞ-ın ərazisini genişləndirməyə və Marsı tədqiq edilməsinə çalışacağını bildirib. Tramp amerikalı astronavtları “Marsa ABŞ bayrağı sancmaq” üçün göndərmək niyyətində olduğunu bildirib.
Tramp Meksika körfəzinin tezliklə Amerika Körfəzi adlandırılacağını açıqlayıb.
"Bu gündən etibarən ABŞ-ın rəsmi siyasəti yalnız iki cinsi - kişi və qadını tanımaqdır", - Tramp bildirib.
Tramp çıxışında deyib ki, Amerika xalqı iki dünya müharibəsində qalib gəlib, faşizmi və kommunizmi məğlub edib və indi tarixin ən böyük dörd ilinin astanasındadır.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
- 4 d. əvvəl
-
56 d. əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 59 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
İyunun 12-də gözlənilən hava şəraiti
Qızılın qiyməti son 6 ayın ən aşağı səviyyəsinə düşüb
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Ən çox oxunanlar
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
Rəsmi məzənnələr açıqlandı























