“Kürsəngi” və “Qarabağlı” neft yataqları ilə bağlı iclas keçirilib
“Kürsəngi” və “Qarabağlı” neft yataqlarını əhatə edən Reabilitasiya, Kəşfiyyat, İşlənmə və Hasilatın Pay Bölgüsü (RKİHPB)” üzrə Saziş əsasında rəhbər komitənin növbəti iclası keçirilib.
SOCAR-ın yaydığı məlumatda bildirilir ki, “Salyan Oil Limited” şirkətinin saziş ərazisində keçirilən iclasda SOCAR-ın vitse-prezidenti Babək Hüseynov, “GL Investment” MMC-nin baş icraçı direktoru Asif Zeynalov və “SOCAR Upstream Management İnternational”ın rəhbər heyəti iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları xalqımızın Ümummilli Lideri Heydər Əliyevin büstü önünə gül dəstələri qoyublar.
İclasda 2025-ci il üzrə illik Fəaliyyət Proqramına və büdcənin icra hesabatına dair təqdimatlar dinlənilib, həmçinin 2026-cı il üçün təklif olunan Fəaliyyət Proqramı və büdcə sənədi müzakirə olunub.
Tədbir iştirakçıları, həmçinin “Salyan Oil Limited” Əməliyyat Şirkətinin “Qarabağlı” yatağında yerləşən 6-cı sahəyə, “Kürsəngi” yatağında yeni istismara verilmiş 810 saylı quyuya və qazması davam etdirilən 811 saylı quyuya baxış keçiriblər.
Səfər zamanı istehsalat prosesləri yerində qiymətləndirilib və mövcud fəaliyyətlə bağlı müzakirələr aparılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 4 gün sonra
-
21 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 21 saat əvvəl
-
23 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 23 saat əvvəl
- 23 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək





















