“Marriott” Azərbaycanın regionlarında fəaliyyətini genişləndirəcək
"Xizək mərkəzini inkişaf etdirmək üçün böyük planlar var""Nəhayət mehmanxana işi ilə bağlı son söz söyləyim. Çox şadıq ki, “Marriott” Azərbaycanda nəinki paytaxtda, o cümlədən regionlarda öz fəaliyyətini genişləndirəcək. Ümid edirəm ki, regionlarda fəaliyyətiniz artacaq".
Marja xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 9-da ABŞ Ticarət Palatasının beynəlxalq üzvlərlə əlaqələr, Yaxın Şərq və Türkiyə üzrə baş vitse-prezidenti Kuş Çoksinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bildirib.
Prezident "Birləşmiş Ştatların digər mehmanxana şəbəkəsi və digər tərəflər də ölkədə var",- deyərək əlavə edib:
"Potensial hələ də böyükdür, çünki Azərbaycana səfər edən xarici vətəndaşların sayı ildən-ilə artır. Yalnız bir dövr var idi. COVID və ondan sonrakı dövrdə tənəzzül yaşandı. İndi isə həmin sahə bərpa olunub. Mehmanxanalarda tutum, həmçinin müvafiq səviyyədədir. Azərbaycanın dövri əsaslarla ev sahibliyi etdiyi böyük beynəlxalq tədbirlər, həmçinin əlavə turistlər cəlb edir. Bir sözlə, tövsiyəm odur ki, Bakıda və rayonlarda imkanları araşdırmaq lazımdır. Siz xizək mərkəzini qeyd etdiniz. Oranı inkişaf etdirmək üçün böyük planlar var. Bu gün o, idman üçün artıq geniş və çox rahat məkana çevrilib. Yeri gəlmişkən, biz martda orada ilk beynəlxalq tədbiri təşkil edəcəyik. Beləliklə, mehmanxana biznesinin Azərbaycanda böyük potensialı var. Ümid edirəm, Amerikanın mehmanxana sənayesinin bir çox digər şəbəkələri, filialları Azərbaycana gələcək və görəcək ki, bu, biznes və sərmayə üçün yaxşı məkandır”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
1 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 1 saat əvvəl
-
3 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
21 saat əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 21 saat əvvəl
-
21 saat əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 22 saat əvvəl
- 22 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək






















