Bank kartları dələduzların hədəfinə necə çevrilir?
Həm dünyada, həm də ölkəmizdə kiberdələduzluqla bağlı həyəcan təbilinin çalındığı bir vaxtda insanlar hər gün yeni üsullarla aldadılırlar. Dələduzlar müxtəlif yollarla insanların inam və etibarını qazanaraq onları çıxılmaz vəziyyətə salır. Son zamanlar isə vətəndaşlara məxsus fiziki bank kartlarının aldadılaraq ələ keçirilməsi ilə bağlı dələduzluq halları artıb. Belə ki, müxtəlif yollarla vətəndaşlarla əlaqə quran dələduzlar onlara bank filallarından və ya rəqəmsal kanallardan kart əldə etmələrini təklif edirlər. Daha sonra müəyyən ödəniş qarşılığında həmin şəxslərdən kart və kart məlumatları alınaraq dələduzluq əməllərində istifadə edilir.
Bəs bank kartını başqalarına vermək nə ilə nəticələnə bilər?
Fərdi məlumatların oğurlanması: Bank kartını və ona aid məlumatların 3-cü şəxsə ötürülməsi, eyni zamanda fərdi məlumatların da ötürülməsi deməkdir. Bununla da dələduzlar məlumatını əldə etdiyi şəxsin maliyyə hesabına giriş əldə edə və onun bütün bank əməliyyatlarına nəzarət edə bilirlər. Belə hallarda adətən aldadılan şəxslərin adı ilə qeyri-qanuni maliyyə əməliyyatları icra edilir. Xüsusən də qanunsuz yollarla əldə edilən vəsaitlərin izlərinin itirilməsi prosesində bu kimi kart hesabları istifadə edilə bilir.
Maliyyə itkiləri: Kartın başqasına verilməsi dələduza hesabdakı vəsaitdən istədiyi kimi istifadə etmək hüququ verir. Bu isə istifadəçiyə məxsus bütün bank hesablarını təhlükə altına ata və maliyyə itkisinə səbəb ola bilər.
Hüquqi nəticələr: Hər bir vətəndaş ona məxsus bank kartları ilə icra olunan əməliyyatlara qarşı cavabdehdir. Kartın başqasına verilməsi kart sahibinə hüquqi öhdəlik yaradır. 3-cü tərəfə verilən kartla hər hansı qanunsuz əməliyyat həyata keçirildikdə kart sahibi bu əməliyyatın nəticəsinə görə cinayət məsuliyyətinə cəlb oluna bilər.
Pulunuzu itirməmək və cinayətin bir hissəsi olmamaq üçün diqqətli olmaq çox vacibdir.
Kartınızı yalnız özünüz istifadə edin: Bank kartları yalnız bank hesabı açılan müştəriyə məxsusdur və onun istifadəsi üçün nəzərdə tutulub.
Şübhəli əməliyyatlar zamanı diqqətli olun: Kart hesablarınızı mütəmadi olaraq nəzarətdə saxlayın. Şübhəli əməliyyat, kartınızdan vəsait itkisi və ya gözlənilməz mənbədən mədaxil gördüyünüz halda dərhal müştərisi olduğunuz banka və hüquq mühafizə orqanlarına müraciət edin.
Dələduzlara aldanmayın: Sizdən bank kartlarınızı hansısa ödəniş və ya xidmət qarşılığında istəyən şəxslərə qarşı diqqətli olun. Kartınıza və ya bank hesabınıza dair məlumatlar yalnız sizə məxsusdur və bu məlumatları heç kimlə bölüşmək olmaz. Bu məlumatları sizdən istəyən şəxslərlə bağlı dərhal aidiyyatı orqanlara xəbər verməniz tövsiyə olunur.
Kapital Bank olaraq bir daha xatırladırıq ki, maliyyə qurumlarının həyata keçirdiyi təhlükəsizlik tədbirləri ilə yanaşı vətəndaşların da diqqətli olmaları, şəxsi hesablarını qoruması və fərdi məlumatlarını, kartlarını digər şəxlərlə paylaşmaması olduqca vacibdir. Şübhəli hallarla qarşılaşdığınız zaman dərhal müştərisi olduğunuz bankın qaynar xəttinə xəbərdarlıq edin. Hər hansı şübhəli mesaj, zəng və ya sosial media hesabını görsəniz, dərhal müvafiq qurumlara və müştərisi olduğunuz banka bildirin. Beləliklə, başqalarının da kiberdələduzların hədəfinə çevrilməsinin qarşısını ala bilərsiniz.
Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 115 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
- 16 d. əvvəl
-
-
40 d. əvvəl
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
-
57 d. əvvəl
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İqtisadiyyat İnstitutunun əməkdaşları Quba rayonunda müəllim və şagirdlərlə görüşüblər
-
1 saat əvvəl
PAŞA Bank növbəti “Bazar trendləri və hedcinq məhsulları” tədbirini keçirib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Süni intellekt əsaslı çağrı mərkəzlərinin rəqəmsal transformasiyada rolu - MÜSAHİBƏ
-
1 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
"70 faizədək kompensasiya yerli istehsalçıların xarici bazarlarda rəqabətli qiymətlərlə çıxış etməsinə imkan verəcək"
İyunun 13-də gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Süni intellekt əsaslı çağrı mərkəzlərinin rəqəmsal transformasiyada rolu - MÜSAHİBƏ
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 1 GÜN
Nazir müavini: "2030-cu ilə qədər mal əti istehsalının 20 %-dən çox artırılması hədəflənir"
"Bəzi sahələrə ayrılan subsidiyalar səmərəsizdir"























