ABŞ Strateji Neft Ehtiyatından 172 milyon barel neft bazara buraxacaq
ABŞ administrasiyası Strateji Neft Ehtiyatından 172 milyon barel neftin bazara buraxılacağını açıqlayıb.
Marja.az-ın məlumatına görə, ABŞ-ın energetika naziri Chris Wright açıqlamasın da bildirilib ki, International Energy Agency (IEA) üzvü olan 32 ölkə ABŞ prezidenti Donald Trampın enerji qiymətlərini aşağı salmaq məqsədilə ehtiyatlardan koordinasiyalı şəkildə 400 milyon barel neft və neft məhsullarının bazara buraxılması ilə bağlı çağırışını yekdilliklə qəbul edib.
Açıqlamada qeyd olunub:
“Bu təşəbbüsün bir hissəsi olaraq prezident Tramp Energetika Nazirliyinə gələn həftədən etibarən Strateji Neft Ehtiyatından 172 milyon barel neftin bazara buraxılması üçün səlahiyyət verib.”
Bildirilib ki, sözügedən neftin bazara çıxarılması təxminən 120 gün davam edəcək.
Eyni zamanda açıqlamada qeyd olunub ki, strateji ehtiyatların gələn il yenidən doldurulması planlaşdırılır. Planlara əsasən ehtiyatlar təxminən 200 milyon barel həcmində – yəni çıxarılan həcmdən 20% daha çox olacaq şəkildə bərpa ediləcək və bu proses vergi ödəyicilərinə əlavə maliyyə yükü yaratmadan həyata keçiriləcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 gün sonra
-
5 saat sonra
Abşeron Ticarət Mərkəzi yağışın vurduğu zərərin aradan qaldırılmasında sahibkarlara dəstək göstərir
-
12 d. əvvəl
Yaxın günlərdə Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikası fəaliyyətə başlayacaq
-
- 20 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
ING: Azərbaycan Mərkəzi Bankı növbəti qərarlarında uçot dərəcəsini azaltmayacaq
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
"Nvidia" şirkəti "Marvell" şirkətinə 2 milyard dollar investisiya yatırdığını açıqlayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Abşeron Ticarət Mərkəzi yağışın vurduğu zərərin aradan qaldırılmasında sahibkarlara dəstək göstərir
Aprel ayının hava proqnozu açıqlanıb
Qızıl 2008-dən bəri ən pis aylıq nəticə göstərib
Azərbaycan neftinin qiyməti 132 dolları ötüb
Ən çox oxunanlar
ABŞ 3-cü təyyarədaşıyan gəmisini Yaxın Şərqə göndərib
"Nvidia" şirkəti "Marvell" şirkətinə 2 milyard dollar investisiya yatırdığını açıqlayıb
Tramp: Hörmüz boğazı özü açılacaq, İran artıq məğlub edilib
İran sabahdan ABŞ-a bağlı İT və texnologiya şirkətlərini vuracağı ilə bağlı xəbərdarlıq edib
Bakıda yağışla bağlı bəzi sakinlər hotellərə yerləşdirilib








.jpg)
















