20-yə yaxın avtomobil distribütoru və satıcısının nümayəndələri Dövlət Agentliyində olublar
İstehlakçı hüquqlarını məhdudlaşdıran şərtlərin müqaviləyə daxil edilməsi, onların məlumat almaq hüququnun pozulması, zəmanət öhdəliklərinə əməl olunmaması kimi halların aradan qaldırılması istiqamətində qanunvericiliyin tələbləri izah olunub. Bu məqsədlə məhsullara dair zəruri məlumatların tam və dolğun şəkildə təqdim edilməsinin vacibliyi vurğulanıb.Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində avtonəqliyyat vasitələrinin satışı sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin nümayəndələri ilə görüş keçirilib.
Görüşdə Azərbaycanın Avtomobil Dilerləri Assosiasiyasının, eləcə də 20-yə yaxın avtomobil markasının rəsmi distribütor və satıcılarının səlahiyyətli nümayəndələri iştirak ediblər.
“Ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması və infrastrukturunun təkmilləşdirilməsi üzrə 2026-cı il üçün Yol Xəritəsi”ndə yer alan tapşırıqların icrası məqsədilə keçirilən görüşdə istehlakçı məmnuniyyətinin təmin olunmasına yönəlmiş tədbirlər müzakirə edilib.
İstehlakçı hüquqlarını məhdudlaşdıran şərtlərin müqaviləyə daxil edilməsi, onların məlumat almaq hüququnun pozulması, zəmanət öhdəliklərinə əməl olunmaması kimi halların aradan qaldırılması istiqamətində qanunvericiliyin tələbləri izah olunub. Bu məqsədlə məhsullara dair zəruri məlumatların tam və dolğun şəkildə təqdim edilməsinin vacibliyi vurğulanıb.
Sonda Agentlik tərəfindən bazar iştirakçılarının məsuliyyətli davranışı və hüquqi maarifləndirmə yönündə həyata keçirilən tədbirlər diqqətə çatdırılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
3 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
4 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 5 saat əvvəl
-
5 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)










.jpg)






