970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Future Lab və Bir ekosistemində yeni rəhbər təyinatları həyata keçirilib

Lukasz Szczepanski Birmarket-in Baş İcraçı Direktoru, Samir Məmmədov Future Lab-ın Baş İcraçı Direktoru vəzifəsinə təyin olunub.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Future Lab və Bir ekosistemində yeni rəhbər təyinatları həyata keçirilib
iç səhifə xəbər şəkil altı (mobil)_32

Future Lab və Bir ekosistemində yeni rəhbər təyinatları həyata keçirilib.

PAŞA Maliyyə Holdinqinin məlumatına əsasən, Lukasz Szczepanski Birmarket-in Baş İcraçı Direktoru vəzifəsinə təyin olunub.

Elektron ticarət başda olmaqla müxtəlif sahələrdə 25 ildən artıq təcrübəyə malik olan Lukasz Szczepanski karyerası ərzində bir sıra beynəlxalq şirkətlərdə rəhbər vəzifələrdə çalışıb. O, xüsusilə “Allegro” şirkətində yüksək rəhbər vəzifələrdə fəaliyyət göstərib və son aylarda məsləhətçi qismində Birmarket komandası ilə sıx əməkdaşlıq edib.

Future Lab-ın Baş İcraçı Direktoru vəzifəsinə Samir Məmmədov təyin olunub. O, bu təyinata qədər Birmarket-in Baş İcraçı Direktoru vəzifəsində çalışıb. Samir Məmmədov maliyyə sektoru, sahibkarlıq və innovasiya sahələrində geniş təcrübəyə malikdir. Karyerası ərzində ölkənin aparıcı maliyyə təşkilatlarında müxtəlif rəhbər vəzifələrdə fəaliyyət göstərib, o cümlədən PashaPay şirkətinin Baş İcraçı Direktoru olub. Təyinat Future Lab-ın inkişaf tempinin artırılması və yeni imkanların reallaşdırılması məqsədini daşıyır.

Future Lab bundan sonra Bir ekosistemin bir hissəsi kimi fəaliyyət göstərəcək və əsas diqqətini ekosistem daxilində məhsulların birgə yaradılmasına yönəldəcək. Future Lab-a rəhbərlik etmiş Fərrux Əliyev fəaliyyətini PAŞA Qrupu daxilində davam etdirəcək.

Bu dəyişikliklər Bir ekosistem daxilində həyata keçirilən məqsədyönlü transformasiya prosesinin tərkib hissəsidir.

PAŞA Maliyyə Holdinqi 2025-ci ilin dekabr ayında yaradılıb və “PAŞA Holding”in maliyyə sektorunda fəaliyyət göstərən şirkətləri, eləcə də bankçılıq, sığorta, fintek və e-ticarət üzrə investisiya portfelini mərkəzləşdirilmiş qaydada idarə edir.

İş elanları AzVak.az-da

Future Lab Bir ekosistemi Birmarket PAŞA Maliyyə Holdinqi PAŞA Holding Lukasz Szczepanski Samir Məmmədov Fərrux Əliyev yeni rəhbər təyinatları rəhbər təyinatı Birmarket Baş İcraçı Direktoru Future Lab Baş İcraçı Direktoru Lukasz Szczepanski Birmarket Samir Məmmədov Future Lab Bir ekosistemində təyinat PAŞA Qrupu PAŞA Maliyyə Holdinqi təyinat elektron ticarət e-ticarət fintech fintek bankçılıq sığorta maliyyə sektoru innovasiya sahibkarlıq rəqəmsal ekosistem biznes transformasiyası Bir ekosistem transformasiyası Future Lab Bir ekosistemi Birmarket rəhbərliyi Birmarket CEO Future Lab CEO Allegro beynəlxalq təcrübə maliyyə təşkilatları PashaPay PashaPay keçmiş rəhbəri məhsulların birgə yaradılması ekosistem məhsulları PAŞA Holding maliyyə portfeli investisiya portfeli e-ticarət investisiyaları Azərbaycanda e-ticarət Azərbaycanda fintek korporativ təyinatlar biznes xəbərləri maliyyə xəbərləri Marja.az
03.06.2026 11:01
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-1_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19