Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Süni intellekt əsaslı çağrı mərkəzlərinin rəqəmsal transformasiyada rolu - MÜSAHİBƏ

AzVak-mobil_resmin_ustu_31
Süni intellekt əsaslı çağrı mərkəzlərinin rəqəmsal transformasiyada rolu - MÜSAHİBƏ
iTech Group-un rəhbəri İlham Əzizov
iç səhifə xəbər şəkil altı (mobil)_32

İnformasiya texnologiyaları və telekommunikasiya sahəsində 26 illik təcrübəyə malik, çoxsaylı rəqəmsal transformasiya və innovasiya layihələrini uğurla həyata keçirmiş iTech Group-un rəhbəri İlham Əzizov ölkədə süni intellektin inkişaf perspektivləri, rəqəmsal transformasiya prosesləri və yeni texnologiyaların tətbiqi ilə bağlı suallarımızı cavablandırıb.

- Süni intellekt əsaslı texnologiyalar rəqəmsal transformasiya proseslərinə hansı imkanları qazandıracaq?

- Bu gün süni intellekt əsaslı texnologiyalar rəqəmsal transformasiyanın əsas istiqamətlərindən birinə çevrilib. Təşkilatlar daha operativ qərarlar qəbul etmək, xidmət keyfiyyətini yüksəltmək, məlumatları daha effektiv təhlil etmək və prosesləri optimallaşdırmaq üçün bu həllərdən geniş istifadə edirlər. Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası da ölkədə bu texnologiyaların inkişafı və tətbiqinin prioritet istiqamətlərdən biri olduğunu göstərir. Strategiyanın həyata keçirilməsi nəticəsində həm dövlət qurumlarında, həm də özəl sektorda süni intellekt əsaslı həllərin istifadəsi daha da genişlənəcək, rəqəmsal transformasiya prosesləri sürətlənəcək, idarəetmə mexanizmləri daha səmərəli olacaq və vətəndaşlara göstərilən xidmətlərin keyfiyyəti daha da yüksələcək.

- Süni intellekt əsaslı çağrı mərkəzləri hansı sahələrdə daha böyük dəyər yaradır və bu sahələrin inkişafına necə töhfə verir?

- Süni intellekt əsaslı çağrı mərkəzlərimiz xüsusilə dövlət qurumları, bank-maliyyə sektoru, telekommunikasiya, səhiyyə, kommunal xidmətlər və elektron ticarət sahələrində yüksək səmərəlilik yaradır. Bu texnologiyalar daxil olan müraciətlərin məzmununu təhlil edir, zəng edən şəxsin ehtiyacını müəyyənləşdirir və onu ən uyğun xidmətə yönləndirir. Nəticədə müraciətlər daha sürətli emal olunur, gözləmə müddətləri azalır və istifadəçi məmnuniyyəti artır.

Müasir süni intellekt həllərimiz CRM, ERP, Billing, Ticketing, Help Desk və digər korporativ sistemlərlə inteqrasiyası vahid xidmət ekosisteminin formalaşdırılmasını təmin edir. Xüsusilə Vahid Kommunal Mərkəzləri üçün bu yanaşma vətəndaş müraciətlərinin vahid platforma üzərindən idarə olunmasına, sorğuların daha operativ cavablandırılmasına və xidmətlərin daha şəffaf şəkildə təqdim edilməsinə şərait yaradır.

iTech Group olaraq 26 illik fəaliyyətimiz ərzində müxtəlif sahələrdə rəqəmsal transformasiya layihələri həyata keçirmişik. Proqram təminatı istehsalçısı və sistem inteqratoru kimi əldə etdiyimiz təcrübə bizə süni intellekt əsaslı çağrı mərkəzi həllərini təşkilatların biznes tələblərinə uyğun şəkildə hazırlamaq, mövcud sistemlərlə inteqrasiya etmək və uğurla tətbiq etmək imkanı verir.

- Süni intellekt əsaslı çağrı mərkəzləri kommunal xidmətlər sahəsində vətəndaş təcrübəsini necə dəyişir və kommunal qurumlara hansı üstünlükləri qazandırır?

- Kommunal xidmətlər vətəndaşların gündəlik həyatında mühüm yer tutduğundan bu sahədə operativ və əlçatan xidmətlərin göstərilməsi xüsusi əhəmiyyət daşıyır. iTech Group olaraq dövlət və özəl sektorda fəaliyyət göstərən qurumların əməliyyat səmərəliliyini artıran, xidmət keyfiyyətini yüksəldən və rəqəmsal transformasiyanı sürətləndirən süni intellekt əsaslı həllərin hazırlanması və inteqrasiyasını həyata keçirik.

Süni intellekt əsaslı çağrı mərkəzlərimiz vətəndaşların kommunal borclarını öyrənməsi, qəza və ya nasazlıqlar barədə məlumat verməsi, xidmət statusunu yoxlaması və müraciətlərinin icra vəziyyəti haqqında operativ məlumat əldə etməsi imkanını yaradır.

Süni intellekt əsaslı çağrı mərkəzlərimizin əsas üstünlükləri aşağıdakılardır:

• Günün 24 saatı fasiləsiz xidmətin təmin edilməsi;
• Pik saatlarda belə müraciətlərin operativ emalı;
• Qəza və nasazlıqlar barədə məlumatların avtomatik qəbulu və qeydiyyatı;
• Tez-tez verilən sualların avtomatik cavablandırılması;
• Vətəndaş müraciətlərinin düzgün kateqoriyalaşdırılması;
• Müraciətlərin aidiyyəti struktur bölmələrə avtomatik yönləndirilməsi;
• Xidmət keyfiyyətinin monitorinqi və analitik təhlili;
• Kommunal xidmət sistemləri ilə inteqrasiya vasitəsilə məlumatların real vaxt rejimində əldə olunması.

Nəticədə vətəndaşlar daha operativ xidmət əldə edir, qurumlar isə əməliyyat səmərəliliyini artıraraq resurslarını daha effektiv idarə edə bilirlər.

- Süni intellekt insan əməyini əvəz edəcəkmi?

- Mən hesab edirəm ki, süni intellekt və insan resursları bir-birini tamamlayan elementlərdir.

Süni intellekt əsaslı sistemlər təkrarlanan prosesləri avtomatlaşdırır, böyük həcmdə məlumatları emal edir və operativ cavablar təqdim edir. İnsanlar isə fərdi yanaşma, qərarvermə və daha mürəkkəb məsələlərin həllinə fokuslanırlar.

Ən uğurlu model süni intellektin sürəti ilə insan təcrübəsinin və peşəkarlığının birləşdiyi modeldir.

- Generativ süni intellekt (müraciətləri anlayıb insanabənzər cavablar və məzmun yarada bilən texnologiya) çağrı mərkəzlərinin gələcəyini necə formalaşdıracaq?

- Generativ süni intellekt çağrı mərkəzlərinin fəaliyyətində yeni mərhələ formalaşdırır. Bu texnologiyalar istifadəçilərin müraciətlərini daha dəqiq anlamağa, kontekstə uyğun və fərdiləşdirilmiş cavablar təqdim etməyə, həmçinin daha təbii ünsiyyət qurmağa imkan verir.

Eyni zamanda, generativ süni intellekt operatorların işini dəstəkləyərək real vaxt rejimində tövsiyələr təqdim edə, müraciətlərin avtomatik xülasəsini hazırlaya və xidmət proseslərini daha səmərəli idarə etməyə kömək edə bilər. Nəticədə çağrı mərkəzləri yalnız sorğuların cavablandırıldığı ənənəvi xidmət modeli deyil, müştəri təcrübəsini idarə edən və rəqəmsal kommunikasiyanı gücləndirən strateji platformalara çevriləcək.

- Süni intellektin yaxın illərdə əsas inkişaf istiqamətləri və gözlənilən təsirləri nələr olacaq?

- Düşünürəm ki, generativ süni intellekt, avtomatlaşdırma və məlumat analitikası sahələrindəki inkişaflar innovativ həllərin tətbiqini daha da sürətləndirəcək, rəqəmsal transformasiyanın yeni mərhələsinə təkan verəcək. Nəticədə, süni intellekt texnologiyaları xidmətlərin daha səmərəli, çevik və istifadəçi yönümlü şəkildə təqdim olunmasına imkan yaradacaq, təşkilatların rəqabət qabiliyyətinin artırılmasına və rəqəmsal inkişaf hədəflərinin reallaşmasına mühüm töhfə verəcək.

- Müsahibəyə görə, təşəkkür edirik.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

iTech Group İlham Əzizov süni intellekt süni intellekt əsaslı çağrı mərkəzi rəqəmsal transformasiya generativ süni intellekt çağrı mərkəzləri AI çağrı mərkəzi süni intellekt texnologiyaları 2025–2028 Süni İntellekt Strategiyası Azərbaycanda süni intellekt rəqəmsal xidmətlər avtomatlaşdırma məlumat analitikası CRM inteqrasiyası ERP inteqrasiyası Billing sistemi Ticketing sistemi Help Desk sistemi kommunal xidmətlər Vahid Kommunal Mərkəzləri vətəndaş müraciətləri xidmət keyfiyyəti istifadəçi məmnuniyyəti müştəri təcrübəsi 24 saat xidmət avtomatik cavablandırma müraciətlərin emalı operator dəstəyi real vaxt rejimində tövsiyələr rəqəmsal kommunikasiya sistem inteqratoru proqram təminatı innovativ həllər dövlət qurumları bank-maliyyə sektoru telekommunikasiya səhiyyə elektron ticarət rəqəmsal inkişaf biznes proseslərinin optimallaşdırılması
12.06.2026 12:46
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19