Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

Unicapital-da güclü artım dinamikası davam edir

Şirkət 2025-ci ili 285 min manat xalis mənfəətlə başa vurub və səhmdar qarşısında öhdəliklərini yerinə yetirərək hesabat dövründə 400 min manat dividend ödənişi də həyata keçirib.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Unicapital-da güclü artım dinamikası davam edir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

(®) Azərbaycanın kapital bazarlarının qabaqcıl tərəfdaşı və aparıcı investisiya şirkətlərindən biri olan “Unicapital İnvestisiya Şirkəti” ASC ötən il üzrə maliyyə göstəricilərini açıqlayıb. Şirkət bütün biznes istiqamətləri üzrə nəzərəçarpacaq artım nümayiş etdirərək bazardakı mövqeyini daha da möhkəmləndirib.

2025-ci ildə Unicapital-ın ümumi əməliyyat dövriyyəsi ötən illə müqayisədə 60% artaraq 48.1 milyard manata çatıb. Şirkətin təqdim etdiyi xidmətlərə olan yüksək investor etimadının göstəricisi olaraq, müştəri hesablarının sayı da sürətli dinamika nümayiş etdirərək, rekord göstəriciyə - 1 milyon 264 minə çatıb.

Eyni zamanda, maliyyə dayanıqlığının və institusional gücün əsas meyarı olan şirkətin ümumi kapitalı 17% artaraq 1 milyon 942 min manata yüksəlib.

2025-ci ildə Unicapital tərəfindən texnoloji və əməliyyat infrastrukturunun inkişafına yönəlmiş investisiyalar davam etdirilib. Bu çərçivədə qeyri-maddi aktivlər və texnoloji həllər üzrə yatırımlar əhəmiyyətli şəkildə artıb. Şirkət hesabat ilini 285 min manat xalis mənfəətlə başa vurub və səhmdar qarşısında öhdəliklərini yerinə yetirərək hesabat dövründə 400 min manat dividend ödənişi də həyata keçirib.

Geridə qoyduğumuz il üzrə qeydə alınan nəticələr qlobal inteqrasiya və rəqəmsal istiqamətdə atılan addımların nəticəsi olaraq qiymətləndirilə bilər.

Belə ki:

Şirkət Azərbaycan kapital bazarında bir ilkə imza ataraq Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) 50 milyon manatlıq istiqraz buraxılışının anderrayteri oldu. Üzən faiz mexanizminə əsaslanan bu emissiya investorlar üçün daha çevik gəlir modeli yaradıb.

Bununla yanaşı şirkət öz beynəlxalq inkişaf strategiyası çərçivəsində mühüm addım atdı. Şirkət Astana Beynəlxalq Maliyyə Mərkəzinin (AIFC) akkreditə olunmuş və üzv olmayan təşkilat statusunu (RNAM) əldə edərək bu statusa layiq görülən ilk Azərbaycan investisiya şirkəti olub. Bu nailiyyət Unicapital-ın beynəlxalq maliyyə standartlarına uyğun fəaliyyət göstərdiyini təsdiqləməklə yanaşı, şirkətin regional və qlobal kapital bazarlarında mövqeyinin daha da güclənməsi üçün inkişaf perspektivləri açıb.

Unicapital-ın təqdim etdiyi və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müsbət rəy alan “Kriptobroker platforması”nın sınaq müddəti uğurla başa çatdı. Bu layihə çərçivəsində virtual aktivlərin təhlükəsiz alqı-satqısı və saxlanılması üzrə yeni maliyyə həlləri təqdim edildi.

Unicapital İnvestisiya Şirkəti Unicapital maliyyə göstəriciləri Unicapital 2025 nəticələri Unicapital əməliyyat dövriyyəsi Unicapital xalis mənfəət Unicapital dividend ödənişi Unicapital müştəri hesabları investisiya şirkəti Azərbaycanın investisiya şirkətləri kapital bazarları Azərbaycan kapital bazarı kapital bazarlarında artım investisiya xidmətləri investor etimadı maliyyə dayanıqlığı institusional güc ümumi kapital texnoloji infrastruktur əməliyyat infrastrukturu qeyri-maddi aktivlər rəqəmsal maliyyə həlləri AYİB istiqrazları
17.06.2026 14:35
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19