“Sea Breeze Yay Rəqs Müsabiqəsi – 2026” uğurla başa çatıb
(®) 27 iyun 2026-cı il tarixində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan İdman Rəqsləri Federasiyası və Sea Breeze idarə heyətinin dəstəyi ilə The Grand Hall hotelində ilk dəfə olaraq “Sea Breeze Yay Rəqs Müsabiqəsi – 2026” adlı idman rəqsləri üzrə müsabiqə keçirilib.
Müsabiqənin keçirilməsində əsas məqsəd ölkədə rəqs idmanının inkişafına töhfə vermək, gənc idmançıların bacarıqlarını nümayiş etdirmək və sağlam rəqabət mühitinin formalaşmasına dəstək olmaq olub. Yarışda müxtəlif klubları təmsil edən ümumilikdə 5 klubdan 40 idmançı-rəqqas iştirak edib.
Müsabiqədə aşağıdakı klubların idmançıları mübarizə aparıblar:
* Azəri İnciləri
* Osmanov Studiyası
* Olimp
* Şane
* Aypara
Yarış iki nominasiya üzrə təşkil olunub.
Böyüklər – Latın proqramı üzrə nəticələr:
1-ci yer – Şeşukop Ostap və Məmmədova Mədinə (Aypara klubu)
2-ci yer – Tağırov Rüstəm və İsmayılova Stefaniya (Şane klubu)
3-cü yer – Sirbiladze Akaki və Çxenkeli Sofiya (Aypara klubu)
Uşaqlar qrupu üzrə nəticələr:
1-ci yer – Eldarsoy Xalid və Nəcəfli Şarliz (Olimp klubu)
2-ci yer – Səfərli Səid və Allahverdiyeva Leyli (Azəri İnciləri klubu)
3-cü yer – Həsənov Atilla və Əlizadə Cahan (Aypara klubu)
Tədbir Azərbaycanda rəqs idmanına marağın artdığını və bu sahədə gənc idmançıların inkişafı üçün yeni imkanların formalaşdığını bir daha nümayiş etdirib.
Federasiyanın Prezidenti Əli Həşimli qeyd edərək bildirdi ki, bu kimi yarışların keçirilməsi ölkədə idman rəqslərinin inkişafı, yeni istedadların üzə çıxarılması və beynəlxalq yarışlara hazırlığın gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
VİDEO: https://www.youtube.com/watch?v=WSz_FvbbYaI
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
3 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 3 gün sonra
- 13 d. əvvəl
-
-
1 saat əvvəl
ABB-nin dəstəyi ilə süni intellekt mövzusunda elmi konfrans keçirildi
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Kreml yanacaq idxal edəcəyi ölkələrin adını gizli saxlayacaq
-
2 saat əvvəl
Alüminiumun qiymətində 2008-ci ildən bəri ən kəskin aylıq ucuzlaşma
-
2 saat əvvəl
"Avtoicbari sığortası üzrə hər il 100-120 milyon manat təzminat ödənilir"
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Rusiya yanacaq idxalına başlaya bilər
Kreml yanacaq idxal edəcəyi ölkələrin adını gizli saxlayacaq
Alüminiumun qiymətində 2008-ci ildən bəri ən kəskin aylıq ucuzlaşma
Ən çox oxunanlar
100 manatlıq 1 istiqraz üzrə investor illik 16 manat faiz gəliri əldə edəcək - 2 milyon manatlıq yeni istiqraz
İyulun 1-də gözlənilən hava şəraiti
"Azərbaycan Dəmir Yolları" 2 şirkətini birləşdirir
Mənfəət artıb, balansı kiçilib: Şirkətin 2025 hesabatı
"Bizim şirkət artıq həm də hibrid avtomobillərin satışı və servisi ilə məşğul olacaq"
AZAL Misirin Al-Alameyn kurort şəhərinə uçuşlara başlayıb
























