Dünyanın ən lüks həbsxanası
Səudiyyə Ərəbistanında korrupsiya araşdırması çərçivəsində həbs edilən çoxsaylı şahzadə, nazir və iş adamının saxlandığı Ər- Riyaddakı beş ulduzlu "Ritz-Karlton" oteli, "dünyanın ən lüks həbsxanasına" çevrilib.
"Marja" BBC-yə istinadən xəbər verir ki, saysız-hesabsız dövlət başçısı, baş nazir və müxtəlif ölkələrin kral ailələrinin tez-tez qaldığı "Ritz-Karlton" oteli, həbs dalğasının ardından sanki bir "qızıl qəfəsə" çevrilib.
Lüks otel, sadəcə, bir neçə ay əvvəl ABŞ Prezidenti Donald Trump və ailəsini qəbul etmişdi.
Həbslərdən sonra bütün rezervasiyaları ləğv edən otelin son halını göstərən bir video "New York Times" qəzeti tərəfindən yayımlanıb. Videoda, həbs edilən şəxslərin yerə sərilmiş ədyallarla yatdığı görülür. Ətrafda uniformalı adamlar və silahlar da gözə dəyir.
İngiltərənin "Guardian" qəzetinin xəbərinə görə isə, korrupsiya əməliyyatından sonra oteldə qalan qonaqlar müxtəlif otellərə yerləşdirilib.
Səudiyyə Ərəbistanı rəhbərliyinin, aralarında dünyanın ən varlı şəxslərinin də olduğu şübhəliləri türməyə salınmayacağı üçün belə bir addım atdığı bildirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
9 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
10 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 10 saat əvvəl
-
11 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)
.jpg)















.jpg)

