OYAL məktəbliləri sevindirib
9 noyabr-Dövlət Bayrağı Günü münasibətilə OYAL sosial layihə həyata keçirib. Layihə çərçivəsində S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasında keçirilən tədbirdə şagirdlərə OYAL markalı müxtəlif məktəb ləvazimatları hədiyyə olunub.
Tədbir zamanı dövlət atributu olan bayraq haqqında məlumat verilib, Bayraq haqqında şeirlər səsləndirilib.
Tədbirdə çıxış edən şirkət nümayəndəsi 9 noyabr - Dövlət Bayrağı Günü münasibətilə gimnaziyanın bütün müəllim-şagird kollektivini təbrik edib və bildirib ki, OYAL markası müxtəlif sosial layihələrin həyata keçirilməsinə dəstək göstərməyi daim korporativ vətəndaşlıq borcu hesab edir. S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının direktoru Xuraman Osmanova öz çıxışında mütəmadi olaraq OYAL-ın gimnaziyanın şagirdlərini sevindirməsini yüksək qiymətləndirdiyini bildirib və gimnaziya adından OYAL məktəbli ləvazimatlarının satışını həyata keçirən “Ofisait” mağazalarına dərin təşəkkürünü bildirib.
OYAL gələcəkdə də müxtəlif yönümlü sosial layihələri davam etdirmək niyyətindədir.
Qeyd edək ki, OYAL məktəbli ləvazimatlarını Bakı, Abşeron və Lənkəranda yerləşən “Ofisait” mağazaları ilə yanaşı, həmçinin şəhərimizin dəftərxana ləvazimatları satılan bir çox mağazalarından əldə etmək mümkündür.
Həmçinin ölkənin ən böyük online satış portallarından biri olan www.ofisait.com vasitəsilə də Siz mənzil və ofislərinizdə internet vasitəsilə istənilən məhsulu sifariş verə bilərsiniz. “Ofisait”in gülərüz və dinamik komandası Sizin sifarişinizi operativ olaraq qeyd etdiyiniz ünvana təslim edir. Ödənişlərin nəğd və online həyata keçirilməsi mümkündür.Daha ətraflı məlumatı OYAL və “Ofisait”in daim yenilənən Facebook və İnstagram səhifələrindən əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
2 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub







.jpg)








.jpg)







