ASB Bank-dan 3 yeni bankomat
“Azərbaycan Sənaye Bankı” ASC 3 yeni bankomatını müştərilərinin ixtiyarına vermişdir.
Bankın Marketiq departamentinin direktoru Rafiq Şahverdiyevin “Marja”ya verdiyi məlumata əsasən, “yeni quraşdırılmış bankomatlar Nərimanov metrosu yaxınlığında yerləşən Metro Park alış veriş mərkəzində, Gənclik metrosu yaxınlığında yerləşən Ganjlik Mall alış veriş mərkəzində və Azərbaycan Kinoteatrı yaxınlığında Rəsulzadə küçəsində yerləşdirilmişdir.
Ölkəmizdə səfərdə olan turistlərin və xarici qonaqlarının nağd pula olan ehtiyaclarının qarşılanması habelə valyuta əməliyyatlarına rahat çıxışın təmin edilməsi məqsədilə paytaxtın əsas turistik bölgəsi olan İçəri şəhərin mərkəzində 24/7 rejimində fəaliyyət göstərəcək bankomat və valyuta mübadiləsi terminalı quraşdırılmasıyla bağlı isə İçəri Şəhər qoruq idarəsi ilə razılıq əldə olunmuşdur. Yaxın günlərdə avadanlıqlar quraşdırılacaqdır”.
Hazırda Azərbaycan Sənaye Bankı tərəfindən paytaxtda və ölkəmizin ayrı – ayrı regionlarında 51 ədəd bankomat və 3 ədəd valyuta mübadiləsi terminalı quraşdırılıb.
Azərbaycan Sənaye Bankı xidmət şəbəkəsinin genişləndirilməsi siyasətini davam etdirir və ilin sonunadək öz bankomat şəbəkəsini daha da artıraraq müştərilərin həyatını asanlaşdıran xidmətləri artırmağa davam edəcəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
2 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 2 gün sonra
-
- 9 d. əvvəl
-
40 d. əvvəl
Kapital Bankın 50 milyon manatlıq istiqrazları ticarətə buraxılır - ŞƏRTLƏR
-
1 saat əvvəl
Xəzər sahilində və Sumqayıtın inkişaf edən hissəsində yeni mənzil fürsəti
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Regional” BOKT-un 1 milyon manatlıq istiqrazları ticarətə buraxılır - ŞƏRTLƏR
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
XalqKartda faiz hesablanan qalıq məbləği artırıldı
Ən çox oxunanlar
BakıKart artıq ABB mobile-da!
"Azərkosmos"dan 11 milyon dollarlıq ixrac
Qızıl 1-ci, pomidor 2-ci, mis filizləri 3-cü yerdə qərarlaşıb - Qeyri-neft sektoru üzrə ixrac rəqəmləri açıqlandı
AZAL Atırau və Aktöbə şəhərlərinə müntəzəm reyslərə başlayır

























