"Neftin ucuzlaşması prosesi başa çatmış kimi görünür"
OPEC-in hasilatı azaltmasının həqiqət olduğuna dair investor inamı getdikcə artır.
"Marja" Bloomberg-ə istinadən xəbər verir ki, valyuta menecerləri, OPEC və digər ölkələrin hasilatı azaltması ilə əlaqədar olaraq, WTI neftinin bahalaşacağına dair gözləntilərini ikinci həftədə də davam etdirirlər.
OPEC qrupu, Bloomberg-in sorğusuna görə, ötən ay neft hasilatını gündəlik 840,000 barel azaldıblar. OPEC 13 Fevralda Yanvar ayına dair istehsal rəqəmlərini açıqlayacaqdır.
Bununla bərabər OPEC-ə daxil olmayan ən böyük neft istehsalçısı olan Rusiya da müqavilədə yer alaraq gündəlik neft istehsalı 117,000 barrel azaldıb. WTI nefti ötən yeddi həftədə 50 dollar səviyyəsinin üzərində əməliyyat görərək "Wall Street" investorlarını ABŞ-ın şist nefti sahələrində daha çox istehsalı maliyyələşdirmə məsələsində cəsarətləndirib.
Çikaqoda "Price Futures Group"un stajlı bazar analitiki Phil Flynn, "Ağıllı pul OPEC-in hasilatı azaltmasının həqiqət olduğunu hiss etməyə başlayır. Neftin ucuzlaşması prosesi başa çatmış kimi görünməyə başlayır" deyib.
Xam neft qiymətləri, OPEC ölkələrinin Noyabrın sonlarına doğru qlobal təklif artığını "əritmək" üçün neft hasilatını azaltmaq barədə razılığa getməsindən bu yana 19 faiz yüksəlib. OPEK-in hasilatı azaltması bu il neft ehtiyatlarını gündəlik 2 milyon barrel azalda bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
2 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
3 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub







.jpg)
















.jpg)
